Cümə axşamı, 29 Oktyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Parkinqə görə pul ödəyən sürücü cərimələndi – Video

Sürücü Bakı Nəqliyyat Agentliyi tərəfindən cərimələnib

Axşam saatlarında Neftçilər prospektində əraziyə nəzarət etdiyini deyən şəxsə parkinq üçün pul ödəyən sürücü Bakı Nəqliyyat Agentliyi tərəfindən cərimələnib.

“AzPolitika”nın məlumatına görə, bu barədə sürücü Zəfər Məmmədov “Xəzər xəbər”ə danışıb. Bakı sakini Zəfər Məmmədov bildirib ki, paytaxtın Neftçilər prospektində avtomobili park etmək üçün ödəniş edib, amma sonradan Bakı Nəqliyyat Agentliyi tərəfindən cərimələnib.

Hadisə zamanı ortaya çıxan daha bir maraqlı fakt isə bundan ibarətdir ki, bulvar boyu axşamlar parkinq məsələsinə danışa bilməyən 5-6 nəfər lal şəxs nəzarət edir. Ərazidə daim fəaliyyət göstərən taksi sürücüləri də bu faktı təsdiqləyir.

Görünən mənzərə budur ki, bulvar boyu qanunsuz parkinqi həyata keçirən şəxslərin hamısının lal olması bunun təsadüf olmadığını göstərir.

Məsələyə münasibət bildirən Bakı Nəqliyyat Agentliyinin Mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib ki, Neftçilər prospekti də daxil olmaqla şəhərin bir çox yerlərində küçə parklanmasına görə kimlərinsə pul alıb xidmət göstərməsi tamamilə qanunsuzdur. Bakı Nəqliyyat Agentliyi dəfələrlə bu barədə açıqlama verib. Bir daha sürücülərə bu cür şəxslərə pul verib avtomobillərini park etməmək tövsiyə edilir. Sürücülər hərəkətlərini yol nişanlarının tələbinə uyğun təşkil etməlidirlər. Neftçilər prospektində dayanma və durmanı qadağan edən nişanlar var. Orda kiminsə sözünə etibar edib yol nişanının tələbini pozan sürücülər təbii olaraq inzibati qaydada cərimə olunurlar.

Pia.az

 



Şərh yazın.


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

“Ərdoğan bu üç ölkəyə xəbərdarlıq etdi” - Politoloq

“Ermənistandan həyəcanlı siqnallar gəlir...”

Ermənistanın 3-cü ordu korpusunda üsyan! - Video

Erməni milyonçunun Nikol Paşinyana məktubu Ermənistanı silkələdi 

Şevçenko: “Bakı növbəti hücuma Qarabağın işğalçılardan tamamilə azad edilməsi ilə reaksiya verəcək”

Rusiyalı ekspert: "Paşinyan rejiminə haqlı olaraq faşist deyirlər"

Hindli astroloqdan 2021-ci il proqnozu: "Sağ qalmaq üçün kəndə köçün"

Pakistanın Baş naziri müsəlman ölkələrinin liderlərinə müraciət etdi

Dünən Bərdə əhalisnə qarşı törədilmiş vəhşilikdəki rus izi

loading...

Ən çox oxunanalar