Cümə, 20 Sentyabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Nizami Gəncəvi üçün sürgün planı: “İntriqalar kralı” biznes imperiyasını genişləndirir...

Zakir Fərəcovun xeyir-duası ilə Sumqayıtın bütün strateji məntəqələrini ələ keçirən, bu ərazilərin hər birində özünə, yaxud yaxın çevrəsi üçün “obyekt” əldə edən Gündüz Əliyev, ötən ildən etibarən “Nizami” parkına “göz qoyub”...

Sumqayıt Şəhər İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Gündüz Əliyevin nəhəng biznes imperiyasına - çoxlu sayda obyektlərə, ictimai iaşə müsəssisələrinə, sex və ticarət mərkəzlərinə malik olduğu ölkə mətbuatının zaman-zaman gündəmə gətirdiyi həqiqətlərdən biridir.

Bu günlərdə özünü Zakir Fərəcovun “sağ əli” adlandıran, icra başçısının ona qeyri-məhdud səlahiyyət verdiyini car çəkən Gündüz Əliyevin biznes fəaliyyəti və biznes planları ilə bağlı redaksiyamıza yeni informasiyalar daxil olub.

Gündüz Əliyev xalqın tarixini və ədəbiyyatını biznes marağına necə qurban verir?

Öncə qeyd edək ki, Zakir Fərəcovun xeyir-duası ilə Sumqayıtın bütün strateji məntəqələrini ələ keçirən, bu ərazilərin hər birində özünə, yaxud yaxın çevrəsi üçün “obyekt” əldə edən Gündüz Əliyev, ötən ildən etibarən “Nizami” parkına “göz qoyub”.

Şəhər mərkəzində yeganə park olan, XII əsrdə yaşayan dahi Azərbaycan şairi Nizami Gəncəvinin adını daşıyan parkda ikimərtəbəli ticarət mərkəzi inşa etdirən Gündüz Əliyev, bununla sadəcə adi vətəndaşların deyil, Azərbaycan xalqının tarix və ədəbiyyatını da öz maddi marağına qurban verməyə hazır olduğunu göstərdi. Gündüz Əliyev bununla yalnız Nizami Gəncəviyə, onun timsalında xalqımızın klassiklərinə, onun tarix və mədəniyyətinə olan münasibətini ortaya qoymadı. O, həm də şəhər sakinlərini – qocaları, qadınları, uşaqları gəzinti və istirahət mərkəzindən məhrum etdi, habelə, şəhərin görünüşünü, onun estetikasını pozdu.

Nizami Gəncəvi Gündüz Əliyevin yerini niyə dar edib?

Təəssüflər olsun ki, Gündüz Əliyevin Nizami parkında həyata keçirdiyi “yenilik” yalnız bununla bitmiş deyil. Zakir Fərəcov ismindən lazım gələndə qılınc, lazım gələndə isə qalxan kimi istifadə edən Gündüz Əliyev “Nizami” parkında daha bir neçə obyekt inşa etmək niyyətindədir. Məhz bu səbəbdən də “Nizami” parkında ucaldılan dahi şairin heykəlinin köçürülməsi prosesini səbirsizliklə gözləyən icra hakimiyyəti yetkilisi, öz planlarını köçürmə prosesindən sonra reallaşdırmağa hazırlaşır.

Hazır alıcılar, aylar öncə satılan ərazilər, metirlənən səkilər...

Maraqlıdır ki, prosesləri qabaqlamağa çalışan Gündüz Əliyev, Nizaminin heykəlinin parkdan götürülməsini gözləmədən bəzi “hazırlıq işləri” də həyata keçirib. Belə ki, rəqibləri qabaqlamaq, yağlı loxmaya çevriləcək park ərazisindən daha böyük hissə qoparmaq üçün qollarını çirmələyən icra hakimiyyəti yetkilisi, indidən parkın bir sıra nöqtələrinə hazır alıcılar tapıb. Başqa cür desək, artıq indidən Nizami parkından hansı sahibkarın neçə metrlik sahə alacağı, kimin hansı hissədə nə inşa edəcəyi bəllidir. “Gündüzsayağı operativliyin” nəticəsi olan bu proses adıçəkilən məmurun öz biznes imperiyasını sürətlə genişləndirməkdə olduğunu göstərir.

Qeyd edək ki, Gündüz Əliyev sahibi olduğu obyektlərin adlarını “maskalayır” və bu yolla Nizami parkındakı obyektlərin ona aid olmadığını göstərməyə çalışır. Zakir Fərəcovun sağ əli özünü sadəcə hazır obyektlərə şərik etdirir. Nizami parkındakı ticarət mərkəzinin tikintisi ilə bağlı vətəndaş narazılığına isə elə gülməli cavab verib ki....

Bütün bunlar haqda növbəti yazımızda...

pia.az


Connection failed: Too many connections
loading...