Bazar ertəsi, 21 Sentyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Qanunsuz heyvan kəsiminə qarşı reydlər davam edir - Fotolar

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə uyğun olmayan yerlərdə, küçələrdə, yol kənarlarında qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısını almaq üçün nəzarət tədbirlərini davam etdirir

AQTA-dan verilən məlumata görə, bununla bağlı olaraq Xaçmaz rayonu, Xaçmaz-Xudat-Nabran yolu istiqamətində yol kənarında qanunsuz fəaliyyət göstərən heyvan kəsimi məntəqələrində reydlər keçirilib. Qida Təhlükəsizliyi Agentliyi tərəfindən təşkil olunmuş reydlərdə Xaçmaz Rayon İcra Hakimiyyəti və Daxili İşlər Nazirliyinin yerli struktur bölmələrinin əməkdaşları iştirak ediblər. Monitorinq zamanı baytarlıq-sanitariya qaydalarına uyğun olmayan şəraitdə heyvanların kəsilməsi və satılması müşahidə edilib. Bununla əlaqədar olaraq, heyvanlar kəsildikdən sonra asılması üçün istifadə olunan və qida təhlükəsizliyi tələblərinə uyğun olmayan dirəklər və qarmaqlar icra hakimiyyəti orqanlarının nümayəndələri tərəfindən kəsilib. Qida Təhlükəsizliyi Agentliyi bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə çağırır. Sahibkarlar standartlara uyğun, müasir heyvan kəsimi və ət satışı məntəqələri yaratmaq üçün metodiki köməkliyin göstərilməsi ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinə müraciət edə bilərlər. Eyni zamanda, qanunsuz heyvan kəsimi ilə məşğul olan şəxslərə müasir standartlara cavab verən heyvan kəsimi məntəqələrinin xidmətlərindən istifadə etmək tövsiyə olunur. (Bakupost)

pia.az



Şərh yazın.


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Elmar Vəliyev ağlını itirib? – Sabiq icra başçısı barədə yayılan xəbərlərə reaksiya

Bill Qeyts koronavirus pandemiyasının bitəcəyi tarixi açıqladı

Şəmkir rayonu üzərində erməni hərbi PUA-sı vuruldu - Vurulma anı videosu

Tovuz şəhidi ilə vidalaşır - Yenilənib - Foto, Video

DSX-dən hərbi salamı ilə sosial şəbəkədə məşhurlaşan məktəbliyə jest - Foto

Rusiyanın “Vaqner” muzdluları Azərbaycana niyə və hansı adla gəlib?

Qüdrət Həsənquliyev: “Əsgərlərimiz onu əsir götürəcəkləri anı səbrsizliklə gözləyirlər”

Mübariz Mənsimovla Fərhad Əhmədovun yeni gizli əlaqələrini üzə çıxıb

Azərbaycanda ehtiyatda olan hərbi vəzifəlilərin təlimləri başladı

 Lukaşenkoya xalqın etimadsızlığı: Minskdə etirazlar davam edir...

loading...

Ən çox oxunanalar