Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Alı Alıyevin növbəti səyyar qəbul-görüşü

Prezident cənab İlham Əliyevin əhalinin problemlərinin yerində öyrənilməsi, həll edilməsi, vətəndaş-məmur münasibətlərində şəffaflığın təmin edilməsi barədə tapşırıqları Füzuli rayonunda daim diqqət mərkəzində saxlanılır

Ölkə başçısının tapşırığına əsasən Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev mütəmadi olaraq vətəndaşlarla görüşür, onların problemlərini dinləyir, təklif və qayğıları ilə maraqlanır.

PİA.az xəbər verir ki, Alı Alıyevin növbəti səyyar qəbul-görüşü Yuxarı Kürdmahmudlu kəndində keçirilib.

Səyar qəbulda rayonun idarə, müəssisə və təşkilatları, ictimaiyyət nümayəndələri iştirak edib. Səyyar qəbulda çıxış edən Alı Alıyev bu cür görüşlərin ölkə başçısı cənab İlham Əliyevin tapşırığı ilə mütamadi keçirildiyini bildirib.

Alı Alıyev həmçinin sosial sahədə atılan uğurlu addımlarıdan danışıb. Bildirib ki, həqiqətən də, cənab Prezident İlham Əliyevin sosial sahə ilə bağlı qərarları, Fərman və sərəncamları inqilabi xarakter daşıyır. Əhalinin sosial müdafiəsinin gücləndirilməsi Azərbaycan dövlətinin siyasətinin əsas xəttini təşkil edir. Bu sərəncamlar Azərbaycan dövlətinin, dövlətin hər bir vətəndaşının yanında olduğunu bir daha əyani şəkildə göstərir. Beləliklə, imzalanan hər bir sərəncam Azərbaycan vətəndaşının rifahının yaxşılaşmasına yönəlib.

Yuxarı Kürdmahmudlu kəndinin ümumi əhalisi 1270 nəfərdi, hal-hazırda 1270 nəfər yaşayır. Kəndin işıq, su, qaz, yol ilə bağlı sosial qayğıları tam həll olunub, əhali məcburi köçkünlər üçün nəzərdə tutulan bütün imtiyazlardan istifadə edirlər. Kənd sakinlərindən məcburi köçkün statusu olan 1063 nəfərə hər ay 63780 manat vahid aylıq müavinət ödənilir, 3 ailəyə ünvanlı sosial yardım təyin edilib, 3 ailə isə özünüməşğulluq proqramına cəlb olunub. Yuxarı Kürdmahmudlu kəndində 8 şəhid ailəsi, 8 Qarabağ müharibəsi əlili vardır. Kənd sakinlərindən 173 nəfərə müxtəlif növ pensiya və müavinət verilir. Kənd sakinlərindən 77 nəfər müxtəlif idarə, müəssisə və təşkilatlarda işləyirlər.

Kənddə torpaq islahatı aparılıb, hər bir kənd sakini pay torpağı ilə təmin olunub.

Səyyar qəbulda rayonun ayrı-ayrı sahələrə dair kənd sakinləri tərəfindən irəli sürülən müraciət, təklif və şikayətlər rayon İcra Hakimiyyəti başçısının göstərişi ilə yerindəcə həll edilib, digərləri isə həll edilməsi üçün nəzarətə götürülüb.

Səyyar qəbul zamanı çıxış edən kənd sakinləri göstərilən diqqət və qayğıya görə ölkə başçısına və ölkənin birinci xanımı Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar