Bazar ertəsi, 16 Sentyabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Mümkün olmayan heç nə yoxdur...

Hələ uşaqlıqdan anlamışdım ki, həyatda çox şey- xəstəliklər, istəklərin yerinə yetməsi, ən əlçatmaz arzuların gerçəkləşməsi insan beynində olan bir siqnala bağlıdır...

Vüsal Səid yazır...

Artıq, çox adama bəllidir ki, biznesdə bankrota uğramaqla bir neçə yaxınımı - xalamı, yoldaşını, dayımı, daha sonra anamı itirməyim üst-üstə gəldi. Dərd də azar kimi, gələndə batmanla gəlir. İki böyrəyimin eyni anda fəaliyyətini dayandırdı. Xəstəlik fəsadları fonunda məndə dərin depressiv vəziyyət yaranmışdı. Yuxululuq, həyatdan küskünlük, özünə qapanma, evdən bayıra çıxa bilməmək kimi məziyyətlər də vardı. Buna eşidən, bilən, tanıyan və cəmiyyətin əksər hissəsi ictimailəşmənin fonunda şahidlik elədi. Bir müddət sonra isə, hamı məni aktiv, ayaqda gördü. Vəzifəyə təyin olunmam, idmana başlamam, siyasi-ictimai fəaliyyətimin irəliləməsi, sosial şəbəkədə aktivlik və s. Bunu cəmiyyətimiz heyrətlə və şövqlə qarşıladı. Lakin, haqqımda "Xəstə deyildi", "Camaatla oynadı", "Insanları aldatdı" kimi fikirlər səsləndirənlər də oldu. Və son günlər daha çox eşitdiyim bu fikirlər təəssüf dedirtməklə yanaşı, bu yazını yazmağımın səbəbi oldu!

Acıqlanmıram o adamlara!

Acıyıram hallarına.

Və... Nəhayət!.. Bu gün ayaqdayamsa, pozitivliyimin, əzmimin, dəyanətimin, mətanətimin, həyata, insanlara olan sevgimin sayəsində ayaqdayam! Bunu dəqiq anlayıram və bilirəm! O cür düşünən adamların bəziləri ön yargılı, bəziləri cahil, bəziləri də bədniyyətli adamlardır! Acıdığım, narahat olmadığım, nifrət eləmədiyim, xoşgörülü olduğum üçün də hər dəfə çətinliklərə necə üstün gələ bildiyimin sirrini bir neçə cümlə ilə bölüşmək istəyirəm!

Hələ uşaqlıqdan anlamışdım ki, həyatda çox şey- xəstəliklər, istəklərin yerinə yetməsi, ən əlçatmaz arzuların gerçəkləşməsi insan beynində olan bir siqnala bağlıdır. Uşaq vaxtı bir hekayə oxumuşdum. Uça bilmək belə istəyə bağlıdır. Sadəcə, məsələlərin həlli onu nə qədər möhkəm, içdən istəməyə bağlıdır. Bir sözlə, "Net bezvıxodnıx polojeniy, stoit tolko silno zaxotet!" rus deyiminə özünü monolit inancla bağlamış, bu gün də bu məntiqlə yaşayan adamam. Bütün istəklərim, arzularım, əməllərimin də bir ucunda bu məfhum durur. Düşüncələrimizdən, fikirlərimizdən ibarətik! Düşüncə materiyadır. Xəyal gerçəkliyin skeletidir!

Dediklərimin reallığını istənilən dostumuz yoxlaya bilər. Şərt bir dənədir. Insansanmı? Vicdanın varmı? Pislik istəmirsən ki, adamlara? Belədirsə, başlamaq olar!

Bunun üçün ilk öncə, qəlbdən, içdən istəməyin nə olduğunu anlamaq lazımdır- yəni, möhkəm istəməyin nə olduğunu anlamaq, onun təxmini, 100 ballıq şkalasını müəyyən eləmək!

Daha sonra, daha içdən, daha çox, daha möhkəm istəyə bilmək üçün, onu məşq etməklə təkmilləşdirmək, formalaşdırmaq lazımdır!

Bundan sonra isə, istəyə bilərsiniz. Istəməyi bilirsinizsə, veriləcəyinə də əmin olmalısınız! Inanın, alınacaq! Mümkün olmayan, alınmayan heç nə yoxdur! Bəd düşüncəli, oldu-olmadı adamlara qara yaxmağa çalışan dostlara isə, deyirəm ki, bu sizə xeyir verməyəcək! Ondansa elə indidən təlimatım üzrə məşqə başlayın! Haydı! Bir saqqızın məşhur reklamında necə deyilirdi??! "Nazar etmə nə olur, istə, sənin də olur!

Vüsal SƏİD
pia.az

Etiket: Vüsal SƏİD

loading...