Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ukrayna və Rusiya barışır? - Putin Fransa səfərinin pərdəarxası

“Azərbaycan və İran prezidentləri ilə görüşü “texniki” səbəbdən təxirə salan Rusiyanın dövlət başçısı Vladimir Putin bu gün Fransaya gedir. Fransa prezidenti Emmanuel Makron rusiyalı həmkarını nədən Parisə dəvət edib?”

“Məsələ burasındadır ki, Makron Putini yola salandan bir neçə gün sonra “böyük yeddi”lərin zirvə toplantısına ev sahibliyi edəcək”.

PİA.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspertin fikrincə, Makron bu zirvə toplantısı öncəsində Putinin fikirini öyrənməklə əlini gücləndirmək istəyir:

“Ukraynaya görə Qərb ölkələri 5 ildir Rusiyaya qarşı sanksiyalar tətbiq edirlər, ancaq Paris hesab edir ki, qarşı tərəfi də dinləmək lazımdır, ortaq yollar tapmaq mümkün olsun. Makron Putinlə görüşün hesabatını hazırlayaraq onu qərbli həmkarlarının diqqətinə çatdıracaq.

Ancaq çətin ki, Makron Putinlə hansısa konkret razılığa gəlsin. Sadəcə, Makron ümid edir ki, Putin Ukraynanın yeni prezidenti Vladimir Zelenski ilə dialoqa başlayacaq. Təsadüfi deyil ki, Makron bir müddət əvvəl Zelenskini də Parisə dəvət etmiş və onu dinləmişdi. Başqa sözlə Makron həm də bir növ KiyevMoskva arasında vasitəçi rolunda çıxış etməyə çalışır”.

Fransanın Avropanın iki aparıcı dövlətindən biri olduğunu qeyd edən Elxan Şahinoğlunun sözlərinə görə, Donbas məsələsində Minsk Qrupunda Rusiya, Ukrayna və Fransadan başqa Almaniya da var:

“Ancaq Almaniyanın kansleri Angela Merkel hakimiyyətdən getməyə hazırlaşır və səhhətində müəyyən problemlər var. Bu durumdan Makron istifadə edərək Qərblə Rusiya arasında körpü rolunu oynamağa çalışır. Putinlə müzakirə ediləcək digər mövzular da var: Suriyada müharibənin sona çatdırılmasının tapılması mexanizmlər, İran və Yaxın Şərq. Makron Putinin bu mövzulara da baxışını öyrənmək istəyir”. (Teleqraf.com)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar - Yenilənib

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib

Ən çox oxunanalar