Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan Ordusu irəliləyir - Ermənilər döyüş postlarını itirir/Açıqlama

Azərbaycan ordusunun Qazax istiqamətində taktiki irəliləməsi və strateji nöqtələri nəzarətə alması Ermənistana mesajdır

PİA.az bildirir ki, bu sözləri politoloq Məhəmməd Əsədullazadə deyib.

Politoloq hesab edir ki, ordumuzun hazırkı aktivliyi Paşinyanın təxribatlarının qarşısını almış olur:

"Son aktivlik Qarabağda müharibə başlayarsa, Azərbaycan Ordusunun bütün istiqamətlərdə işğalçıya zərbə vuracaq gücünü ortaya qoymuş oldu. Ermənistan tərəfi Naxçıvan və digər sərhəd istiqamətində təxribat reallaşdırsa da artıq, onların bu təxribatları döyüş postlarının itirilməsi ilə nəticələnir”.

Politoloq qeyd edib ki, rəsmi İrəvan danışıqlarda maraqlı deyil:

"Çünki Ermənistanın siyasi sistemi və bu ölkəyə təsir edən Rusiya Qarabağ məsələsində güzəştə hazır deyil. Ona görə də Paşinyan iqtidarı ümumiyyətlə, ərazi məsələsində Moskva ilə kordinasiyalı fəaliyyət gstərəcək. Məhz Rusiyanın Təhlükəsizlik katibi Patruşevin İrəvana səfərində bu kimi məsələlələrin razılaşdırılmasını istisna etmirəm. Ermənistan nəinki, ərazi güzəştinə hazır deyil, Paşinyan ölkə daxilində öz müsbət imicini qaldırmaq üçün yeni ərazilərin tutulmasında və ordumuza qarşı zərbə vurmaqda maraqlıdır. Ermənistanın Qazax istiqamətində strateji əraziləri ələ keçirməsi ilə bağlı dezinformasiyası da Paşinyanın daxili auditoriyaya hesablanmış gedişidir”.

Politoloq vurğulayıb ki, rəsmi Bakı cəbhəboyu təzyiqləri artırmaqla, diplomatik danışıqlarda da öz hücum taktikasını inkişaf etdirməlidir:

"Artıq Ermənistanla geosiyasi şərtlər daxilində danışıqların aparılması nəticəsizdir. Yalnız güc yolu ilə müəyyən irəliləyişə nail olmaq lazımdır. Rusiya isə bizə ərazilərimizin güc yolu ilə azad edilməsinə və Ermənistana daha çox təzyiq etməyimizə mane olmağa çalışacaq. AvropaABŞ-la əlaqələri daha da inkişaf etdirməklə, daxili islahatlara getməklə, Moskvanın təzyiqlərindən yayına bilərik”. (Redaktor.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Ən çox oxunanalar