Şənbə, 21 Sentyabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Putin Rusiyanın G8-ə qayıtmaq istədiyini deyir – Makron etiraz edir

Fransanın cənubunda keçirilən danışıqlarda prezidentlər Emmanuel Makron və Vladimir Putin Ukrayna silahlı qüvvələri ilə Moskva tərəfindən dəstəklənən separatçılar arasında münaqişənin dayandırılması cəhdlərini müzakirə ediblər

2017-ci ildə Putini Paris yaxınlığındakı Versal sarayında qonaqlayan Makron, bu dəfə onu Fort Breqansondakı yay iqamətgahında qəbul edirdi.

Xəbər verilir ki, 2 saat yarım davam edən danışıqlar zamanı Suriya münaqişəsi, İran nüvə sazişi, Liviyadakı vəziyyət və Ukrayna böhranının çözümü üçün dördtərəfli sammitin “perspektivləri” məsələlərinə toxunulub.

Bu görüşdən əvvəl keçirilən birgə mətbuat konfransında Macron demişdi ki, o Putinlə danışıqların Ukraynaya dair sammitin keçirilməsi ilə nəticələnəcəyinə inanır. O demişdi ki, bu sülh üçün həqiqətən də “real imkan” ola bilər.

Rusiya prezidenti də Ukraynaya dair aparılan danışıqların Normand formatına bir daha dəstək bildirib. Normand qrupuna Fransa, Almaniya, Ukrayna və Rusiya daxildir.

Putin bunu da deyib ki, onun Ukrayna prezidenti Vladimir Zelenski ilə telefon söhbəti nikbinlik üçün “ehtiyatlı” zəmin yaradır.

Makron habelə bildirmişdi ki, Putinlə danışıqlarında İranın nüvə proqramı ətrafında yaranmış gərginlik, Suriya münaqişəsi və silahlara nəzarət məsələlərinə toxunacaq.

Fransa prezidenti Rusiyada ifadə azadlığına və ədalətli seçkilərə çağırıb.

Putinin Fransaya səfərindən sonra, avqustun 24-26-da Biarritz şəhərində G7 qrupunun liderləri görüşəcəklər.

Fransa bu il G7 qrupunun rotasiyalı sədridir. Bu qrupa Fransadan başqa Britaniya, Kanada, ABŞ, Almaniya, İtaliya və Yaponiya daxildir.

Rusiya əvvəllər bu qrupun üzvü idi və qurum G8 adlanırdı, lakin Moskva Krımın ilhaqı ilə bağlı təşkilatdan xaric edilib.

Fort Breqanson görüşündə Putin deyib ki, Rusiya əvvəlki G8 formatında işləməkdən “imtina etməzdi”.

Lakin Makron qəti şəkildə bildirib ki, Rusiyanın G8 formatına qayıtması yalnız Ukrayna böhranının çözümündən sonra mümkün ola bilər.

Suriya münaqişəsi ilə bağlı Makron deyib ki, o İdlibə Rusiyanın müttəfiqi olan Suriya hökumətinin hava zərbələri endirməsindən “son dərəcə narahatdır”.

Makron ötən il Suriyaya dair Rusiya, İran və Türkiyə arasında əldə olunmuş de-eskalasiya razılaşmasının icrasına çağırıb. (azadliq.org)

pia.az

Etiket:

loading...