Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyalı tarixçi: Bakı ordunu gücləndirir, Yerevan isə təbliğat vasitələrini itirir

PİA.AZ Rusiyalı tarixçi Oleq Kuznetsovun Oxu.Az-a müsahibəsini təqdim edir

- Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyev bu yaxınlarda məlumat verdi ki, son aylar QazaxAğstafa rayonları ərazisində, Azərbaycan-Ermənistan dövlət sərhədində 75 ədəd sərhəd məntəqəsi və iki hərbi hissə kompleksi tikilərək istifadəyə verilib. Daha əvvəl burada Silahlı Qüvvələrin bölmələri dislokasiya edilmişdi. Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanla dövlət sərhədinin QazaxAğstafa rayonları ərazisindən keçən hissəsindəki döyüş postlarının və müvafiq hərbi obyektlərin DSX tərəfindən təhvil alınması tapşırığını verib. Siz bu tədbirlərin praktiki tərəfini necə qiymətləndirirsiniz?

- Hər şeydən əvvəl qeyd etmək istərdim ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhəd orqanlarının uzun müddət əməkdaşı olmuşam. Üstəlik, Moskva Sərhəd İnstitutunda müəllim kimi fəaliyyət göstərmişəm. Silahlı Qüvvələrdən fərqli olaraq, DSX Azərbaycanda sovet analogiyası üzrə daimi hazırlıq vəziyyətində olan yeganə qüvvədir.

DSX-nin döyüş hazırlığı və təchizatı, eləcə də silahlanmanın şaxələndirmə səviyyəsi və şəxsi heyətin xidməti hazırlıq keyfiyyəti Azərbaycanın digər yerüstü hərbi birləşmələrindən daha yüksəkdir. Buna görə də Ermənistanla sərhəddə bütün hərbi infrastrukturun DSX-yə təhvil verilməsində təəccüblü heç nə yoxdur.

Bu, Azərbaycanda maksimum səviyyədə döyüş qabiliyyətli, ixtisaslaşmış və profil silahlı qüvvələrdir. Sərhəd Qoşunlarının şəxsi heyətinin hazırlanması Silahlı Qüvvələrlə müqayisədə, daha çox xərc, qüvvə və vəsait tələb edir.

Azərbaycan müstəqillik qazandıqdan sonra müasir dövrün və hərbi işin tələbləri nəzərə alınmaqla, müvafiq kadrların və infrastrukturun hazırlanması üçün vaxt lazım olub. Bu mənada, Ermənistanla sərhəddə ordu bölmələrini DSX qüvvələri ilə əvəzləmək üçün əvvəlcə qüvvə və vasitələr toplamaq lazım idi. Bu, şübhəsiz ki, dövlət sərhədinin təhlükəsizliyini xeyli gücləndirəcək, AzərbaycanErmənistan arasında bu istiqamətdə insidentlərin sayını azaldacaq.

Bütün bunlar sərhədin mühafizəsi, kəşfiyyatın və əks-kəşfiyyatın aparılması üzrə yetərli biliklərə malik peşəkarların burada işə başlaması sayəsində mümkün olacaq. Əlbəttə ki, bunların hamısı ölkənizin təhlükəsizlik səviyyəsini artırır.

Qeyd etmək yerinə düşərdi ki, bu tədbirlər xüsusi olaraq DSX-nin yaradılmasının 100-cü ildönümünədək başa çatdırılıb. Bu, sözügedən prosesin konkret tarixə qədər başa çatdırılması üçün dövlət və qurumun bütün fəaliyyətini təşkil etmək və stimullaşdırmaq məqsədi daşıyıb. Və bunu etmək mümkün oldu.

- Ermənistanla sərhəddə göstərilən hərbi nöqtələrin Milli Ordudan DSX-yə təhvil verilməsinin hansı siyasi mənaları var?

- Bu, siyasi baxımdan əlamətdar addımdır, çünki rəsmi Bakı sərhədlərinin toxunulmazlığı, ərazi bütövlüyünün qorunması mövqeyindən çıxış edir. Bu mənada, bilərəkdən nümayiş etdirilir ki, Azərbaycan tərəfi bilavasitə Dağlıq Qarabağ münaqişəsi zonasında yerləşən Ermənistanla dövlət sərhədi sahələrində dövlət sərhədinin qorunması vəzifəsini ordu qüvvələri ilə deyil, DSX qüvvələri ilə həyata keçirir. Bu, bir daha təsdiq edir ki, həmin sərhəd sarsılmazdır və ümumilikdə götürdükdə cəbhə xətti deyil.

Bu, beynəlxalq ictimaiyyətə həqiqətən də çox ciddi ismarıcdır. İsmarıcın məğzi ondan ibarətdir ki, Sərhəd Qoşunları zərbə endirən hissələr deyil. Həmin hissələr dövlət sərhədinin toxunulmazlığını təmin edəcək.

Sərhəd Qoşunları hücum deyil, müdafiə qoşunlarıdır. Bununla Azərbaycanın həm Ermənistana qarşı hərbi-siyasi mövqeyinin sarsılmazlığı, həm də hərbi əməliyyatları Ermənistan ərazisinə keçirməyə hazırlaşmaması baxımından sülhsevərliliyi göstərilir.

Azərbaycan üçün yalnız bir müharibə cəbhəsi var: Qarabağda müharibə cəbhəsi. Bu, ilk siyasi məqamdır.

İkinci siyasi məqam ondan ibarətdir ki, reallaşdırılan tədbirlər Azərbaycan Silahlı Qüvvələrini ona xas olmayan funksiyaları yerinə yetirməkdən azad edir. DSX öz imkanlarını Dağlıq Qarabağdan kənarda, Azərbaycan-Ermənistan sərhədində genişləndirdiyinə görə ordunu, Quru Qoşunlarını xeyli sayda qüvvə və vasitələrdən azad edir.

Bu baxımdan qurumlararası qarşılıqlı fəaliyyət hesabına Azərbaycan Silahlı Qüvvələri Qarabağ istiqamətində güclənir ki, bu da ölkəniz üçün daha bir müsbət haldır. Silahlı Qüvvələr özünü gücləndirmək üçüm kifayət qədər təlim görmüş kadrlar alır. Qurumlararası qarşılıqlı fəaliyyət Azərbaycan Silahlı Qüvvələrin keyfiyyətini yüksəldir.

- Daha bir siyasi aspekt var. Ermənistan bundan sonra şikayət edə bilməyəcək ki, Azərbaycan tərəfi onların ərazisini atəşə tutur.

- Şübhəsiz ki, bu, vacib hərbi-siyasi aspektdir, çünki bütün dünyada sərhəd bölmələri üçün bir gizli qanun var: həmsərhəd əraziyə tərəf açılan atəş hərbi cinayətdir. Hər sərhədçi dəqiq bilir ki, silahı həmsərhəd əraziyə tuşlamaq olmaz. Buna görə də Yerevanın Qarabağ cəbhə xəttindən uzaqda Azərbaycan tərəfindən Ermənistan ərazilərinin atəşə tutulmasına dair istənilən bəyanatları bundan sonra nonsens hesab ediləcək. Əgər bu baş versə, beynəlxalq fövqəladə vəziyyət olacaq.

Müvafiq olaraq dezinformasiyanın yayılmasına görə məsuliyyətin səviyyəsi də artır. Nəticədə, Azərbaycan Dağlıq Qarabağ regionu hüdudlarından kənarda öz sülhsevər mövqeyini nümayiş etdirmək üçün ciddi təsir vasitəsi əldə edir. Bu baxımdan Ermənistan, öz növbəsində, həqiqətən də xeyli sayda təbliğat vasitələrindən məhrum olur.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar