Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Gömrük Komitəsi ləğv edilməsə, inkişafdan danışmaq əbəsdir”

Dövlət Gömrük Komitəsinin yarıtmaz fəaliyyəti ilə bağlı tənqid və ittihamlar ara vermir

“Yeni Çağ” Media Qrupunun baş direktoru Aqil Ələsgər də mövzuyla bağlı fikirlərini ictimailəşdirərək Gömrük Komitəsini sərt şəkildə tənqid edib.

Azərbaycanda islahatın imitasiyası deyil, islahat başlamalıdırsa, ilk yer gömrük olmalıdır. İş adamlarının boğazına zəli kimi yapışmış, onların qanını soran Dövlət Gömrük Komitəsi ləğv edilməsə Azərbaycanda inkişafdan danışmaq əbəsdir. Üç-beş baş redaktorla antrikot-dana basdırması yeməklə islahat olmur, Səfər Mehdiyev. Üç-beş adam yazmadı deyə, sizin qanunsuzluqlarınızın üstünün örtüləcəyini sanırsınız?”

Baş redaktor daha sonra bunları yazıb: “İnsanın şəxsi istifadəsi üçün gətirdiyi və 1000 dolların altında olan mala 36 faiz vergi istəmək hansı qanunda yazıb, Səfər Mehdiyev? İşçiləriniz 36 faizdən aşağı faizin olduğunu bilmirlər? Sırf ay sonu o faizdən hissə alacaqlar deyə, millətin qanını sormalısınız? Bəsdirin də insanların əsəbləri ilə oynadınız!”.

Mövzuya ironik yanaşan jurnalist Dövlət Gömrük Komitəsinin Dövlət Soyğun Komitəsi adlandırılmalı olduğunu bildirib: “İş adamlarının əzabı 36 faiz vergi ilə yekunlaşmır. Bəyannamə üçün ayrı məbləğ ödəməlidir. Ayrıca, özlərindən xidmət-malın qalma haqqı-filan uydurub, malın dəyərinin ən az 45 faizini Dövlət Soyğun Komitəsi alırsa, bu başına Səfər Mehdiyev boyda daş düşmüş iş adamı necə malını ucuz satsın? Süni bahalaşma deyirsiniz, adresi başqa yerdə axtarmayın, Dövlət Gömrük Komitəsi hazır yerindəykən…”(yeni sabah)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Qədr gecəsinin əməlləri: “İmkanı olanların süfrə açması məsləhətdir” 

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Ən çox oxunanalar