Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Lavrov Suriyada Türkiyə hərbi karvanının atəşə tutulmasına münasibət bildirib

"Rusiya İdlibdəki vəziyyəti izləyir. Hərbçilərimiz bu rayondadırlar"

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Suriyanın İdlib əyalətində Türkiyə hərbi karvanının atəşə tutulmasına münasibət bildirərkən deyib.

"Biz vəziyyəti sadəcə izləmirik, hərbçilərimiz də İdlibdəki deeskalasiya zonasındadırlar. Bu zona ötən ilin sentyabrında Soçidə Vladimir Putinlə Rəcəb Tayyip Ərdoğan tərəfindən imzalanan sənəd əsasında yaradılıb. Sənədə əsasən, türkiyəli həmkarlarımız münaqişənin nizamlanmasında iştirak etməyə hazır olan silahlı müxalifət ilə terrorçu qrupları bir-birindən ayırmaq öhdəliyi götürmüşdü",- deyə Rusiya XİN başçısı bildirib.

Lavrov rusiyalı və türkiyəli hərbçilərin İdlibdəki vəziyyətlə bağlı gündəlik olaraq təmasda olduqlarını vurğulayıb: "İdlibdə terrorçuların təxribatları türkiyəli hərbi müşahidəçilərin başının üzərindən də davam edirdi. İdlibdəki hazırkı vəziyyət ekstremistlərin oradan Suriyanın digər ərazilərini silah atəşinə tutmağı dayandırmaması ilə bağlıdır. Bizim hərbçilərimiz, əlbəttə ki, gündəlik olaraq təmasdadırlar. Hazırkı vəziyyət Rusiya və Türkiyə hərbçiləri arasında konkret olaraq müzakirə olunur".

Qeyd edək ki, Türkiyə KİV-ləri dünən Suriyanın İdlib əyalətində Türkiyə zirehli hərbi karvanının Suriyanın hökumət qoşunları tərəfindən atəşə tutulması ilə bağlı məlumat yayıb.

Xatırladaq ki, İdlib əyaləti Suriyanın yeganə regionudur ki, hələ də qanunsuz silahlı birləşmələrin nəzarəti altında qalıb. 2017-ci ildə orada deeskalasiya zonası yaradılıb. Əldə olunan razılaşmaya görə, həmin əraziyə silahını yerə qoyan qanunsuz silahlı birləşmələrin üzvləri yerləşdirilməli idi. Bu razılaşmaya məsuliyyəti Türkiyə daşıyır.

Pia.az


Etiket: Lavrov

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Sumqayıtda xəstəxananın həyətində aşkarlanan körpə meyiti ilə bağlı araşdırma aparılır - Yenilənib  

Ən çox oxunanalar