Yanğının baş vermə səbəbi hələlik məlum deyil
İraqın Salah əd-Din vilayətindəki Əl-Bəkr aviabazasında silah-sursat anbarında yanğın olub.
Trend-in məlumatına görə, bu barədə İraqın "NRT" telekanalı bildirib.
Bildirilir ki, aviabaza "Əl-Xəşd əş-Şaabi" qoşunlarına məxsusdur. Yanğın hələki məhdudlaşdırılmayıb.
Qeyd edilir ki, ABŞ qoşunları bazada olan işçilərini təxliyə etməyə başlayıb.
Pia.az