Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tramp: "İŞİD-ə qarşı Rusiya, İran, Türkiyə də vuruşmalıdır"

ABŞ prezidenti Donald Tramp başqa ölkələrin də İslam Dövləti (İŞİD) ekstremist təşkilatına qarşı mübarizəyə qoşulmalı olduqlarını deyib

O Əfqanıstan, İran, Pakistan və Rusiyanın adlarını çəkib.

Avqustun 21-də jurnalistlərin onun İŞİD-in dirçəlişindən narahat olub-olmamasına dair sualına cavab verərkən Tramp deyib ki, ABŞ qüvvələri “xilafəti 100 faiz süpürüb atıb”.

Bu ilin əvvəllərində ABŞ-ın dəstəklədiyi qüvvələr İŞİD-in Suriyadakı son istehkamı olan ərazini cihadçılardan azad edib.

Tramp administrasiyası Suriyaİraqdakı ABŞ hərbçilərinin sayını azaldandan sonra ekstremistlərin təkrar qruplaşacağından narahatlıq yaranıb.

Bu arada ABŞTaliban danışıqçıları bəzi xəbərlərə görə Əfqanıstandakı 18 illik müharibəyə son qoyacaq sazişin əldə olunmasına yaxındırlar.

Belə bir saziş ABŞ-ın öz qoşunlarını Əfqanıstandan çıxarmasına yol açardı.

Tramp Ağ Evdə jurnalistlərə deyib:

“Müəyyən məqamda Rusiya, Əfqanıstan, İran, İraq, Türkiyə də öz mübarizələrini aparmalı olacaqlar. Müəyyən məqamda İŞİD-in olduğu bu ölkələrin hamısı ona qarşı döyüşməli olacaq. Biz orada bundan sonra da 19 il qalaqmı? Mən belə düşünmürəm”.

Tramp Hindistan və Pakistanın adlarını cəbhə xətti kimi ayrıca çəkərək deyib ki, onlar silahlı qruplaşmalara qarşı zəif mübarizə aparırlar:

“Hindistana baxın, onlar döyüşmürlər. Onlar vuruşurlar, amma çox az…Bu ədalətli hal deyil…Birləşmiş Ştatlar oradan 7 min mil aralıdır”. (azadliq.org)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Ən çox oxunanalar