Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nazarbayev çoxuşaqlı anaları sərt tənqid etdi: "Vaxtında düşünəydiniz"

Avqustun 21-də özünün Nur Otan partiyasının siyasi şurasında çıxış edən keçmiş Qazaxıstan prezidenti Nursultan Nazarbayev dövlətdən sosial yardım istəyən həmvətənlərini kəskin tənqid edib

O yardım istəyən təbəqələrin adını çəkməyib, amma son yarım ildə Qazaxıstanda çoxuşaqlı anaların etirazları bitmir. Onlar uşaqları üçün müavinət və ucuz mənzillər tələb edirlər.

Nazarbayev çıxışında deyib:

“Şüar qaldırırlar: “Mənə ver, mənim uşağım çoxdur, ver”. Bəs sən nə düşünürdün? Bu sənin problemindir. Dövlət də problemi həll edib verəndə deyirlər: “Azdır, yenə də ver”.

Bu, Nazarbayevin narazı çoxuşaqlı ailələrə dair ilk bəyanatı deyil.

O, martın 8-də, hələ prezident olduğu bir vaxtda demişdi ki, Qazaxıstan vətəndaşları “sovet vaxtlarında olduğu kimi hər şeyin hökumət tərəfindən veriləcəyinə” ümid etməməlidirlər:

“İndi hamı öz qazancını necə xərcləməyi özü həll edir. Hər şeyi ölçüb-biçmək lazımdır: ailədə neçə uşaq olacaq və onlara necə baxılacaq”.

Lakin bu çıxışdan bir neçə həftə sonra Nazarbayev tonunu dəyişib demişdi ki, dövlət ehtiyacı olanlara həmişə dəstək verəcək və çoxuşaqlı analar dövlətin qayğısını hiss etməlidirlər.

Qazaxıstanda çoxuşaqlı anaların etirazları fevral ayından başlanıb. O vaxt Nur Sultan şəhərində baş vermiş yanğında bir ailənin 5 azyaşlı qızı tələf olmuşdu. Həmin vaxt uşaqların valideynləri gecə növbəsində idilər.

O vaxtdan bəri etiraz edən yüzlərlə qadın hökumətdən müavinətlərin artırılmasını, çoxuşaqlı ailələrə ictimai mənzillərin verilməsini və başqa güzəştləri tələb edirlər.

Şərhçilər bildirirlər ki, Nazarbayev əvvəllər bütün bunları vəd etsə də, bu vədlər reallığa çevrilməyib. (azadliq.org)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar