Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dünyada yenidən başlayan silahlanma yarışı... - Təhlükənin miqyası və nəticəsi nə olacaq?

Mübariz Əhmədoğlu: “İndi əgər dünyada silahlanma yarışı başlayacaqsa, bu iqtisadi, siyasi, sosial gərginlikləri on dəfə artıracaq”

İlqar Vəlizadə: “Şimali Koreya silahlanmada aktivləşə bilər. ABŞ-la Şimalı Koreya arasında olan əvvəlki razılaşmalar isə sual altına alına bilər”.

Xəbər verdiyimiz kimi Amerika Birləşmiş Ştatları (ABŞ) Orta və Yaxın Mənzilli Raketlərin Ləğvinə dair Müqavilə ilə qadağan olunmuş nüvə olmayan yerüstü qanadlı raketini sınaqdan keçirib.
Bu barədə ABŞ-ın Müdafiə Nazirliyi məlumat yayıb.

Müdafiə Nazirliyi Kaliforniya ştatı, Nikolas adasında adi (nüvəsiz) konfiqurasiyalı yerüstü qanadlı raketin uçuş sınaqlarını həyata keçirib”, - deyə məlumatda qeyd olunub. Sınaq avqustun 18-də baş tutub.

Bu sınaqlar Çin və Rusiya tərəfindən etirazla qarşılanıb. Rusiya bunu cavabsız qoymayacağını bildirib. Bəzi ekspertlər hesab edirlər ki, artıq dünyada silahlanma yarışına start verilib.

Qeyd edək ki, Rusiya və Çin məsələni BMT-nin Təhlükəsizlik Şurasında müzakirəyə çıxarıblar. Rusiya öz növbəsində ABŞ-ın həyata keçirdiyi raket sınaqlarınıa adekvat cavab veriləcək. Buna baxmayaraq Rusiya trəfi vurğulayıb ki, onlar silahlanma yarışına qoşulmayacaqlar. Finlandiyada səfərdə olan Rusiya prezidenti Vladimir Purin mövzu ilə bağlı jurnalistlərin mövqeyini öyrənmək istərkən bildirib ki, sınaqdan keçirilən raketlər Ruminiyada və Polşada yerləşdiriləcək və bu da Rusiyanın təhlükəsizliyinə qarşı təhdiddir.

ABŞ-ın müdafiə naziri Mark Esper isə bildirib ki, Strateji Hücum Silahlarının İxtisarı Müqaviləsini (SNV-3) qoruyub saxlamaq üçün Rusiyanın bütün yeni silahları bu müqavilə çərçivəsinə alınmalıdır. Bu bəyanatla ABŞ rəsmisi faktiki olaraq Vaşinqtonun silahlanma yarışını başlatdığına işarə edib və ABŞ-ın Strateji Hücum Silahlarının İxtisarı Müqaviləsindən çoxacağı ilə bağlı anons verib. Qeyd edək ki, bundan əvvəl ABŞ prezidenti Donald Tramp da Strateji Hücum Silahlarının İxtisarı Müqaviləsindən çıxa biləcəklərini vurğulayıb.

Dünyada gedən ticarət savaşının fonunda silahlanma yarışı hansı prosseslərin başlanmasına səbəb ola bilər və üçüncü dünya ölkələrinin gələcəyinə, xüsusən də üçüncü ölkələrin inkişafına bu silahlanma yarışı necə təsir edə bilər?

Mövzunu PİA.az-ın əməkdaşı Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu və politoloq İlqar Vəlizadə ilə müzakirə edib.

Mübariz Əhmədoğlu: “Sürətlə silahlanma yarışı ola bilər ki, güclü və çox dağıdıcı silahların tətbiqinə gətirib çıxarsın”.

Dünyada baş verən proseslərin hamısının Çin, Rusiya, ABŞ arasında baş verən iqtisadi dartışmanın nəticəsi kimi qiymətləndirən politoloq əlavə edib ki, əgər dünyada silahlanma yarışı başlayacaqsa, bu iqtisadi, siyasi, sosial gərginlikləri on dəfə artıracaq. Buna görə də dünyada çox gərgin vəziyyət yarana bilər:

“Hal-hazırda ABŞ-la Çin arasında olan siyasi, iqtisadi dünyanın başqa dövlətlərini az qala çökdürüb. Məsələn Mərkəzi Asiyanın ən iri, ən güclü iqtisadiyyata malik dövləti Qazaxıstandır və orada baş verənləri görürük. O biri ölkələr isə daha pis vəziyyətdədir. Bizim qonşumuz İran özünü ABŞ-ın rəqibi hesab edir, amma bu ölkə iqtisadi cəhətdən çox çətin günlər keçirdir. Orada iş saatın dəyişərək səhər saat 7-dən günorta saat 12-ə qədər ediblər. Çünki isti havalarda kondisioner işlənməsinin qarşısın alırlar. Bu da enerji qıtlığından yaranan problemlərdir.

Dünyada baş verən proseslərin hamısı Çin, Rusiya, ABŞ arasında baş verən iqtisadi dartışmanın nəticəsidir. Əgər dünyada silahlanma yarışı başlayacaqsa, bu iqtisadi, siyasi, sosial gərginlikləri on dəfə artıracaq. Buna görə də dünyada çox gərgin vəziyyət yarana bilər.

Mübariz Əhmədoğlu: “Sürətlə silahlanma yarışı hal-hazırkı dövrdə real müharibəyə gətirib çıxara bilər. Yəni Rusiya və Çin rəhbərlikləri ölkələrinin parçalanmalarına dözməyəcəklər”.

Bu vəziyyətə real nümunə SSRİ-ni göstərmək olar. Çünki SSRİ-ni daxilində olan milli münaqişələr və sürətlə silahlanma yarışı ilə məhv etdilər. Yəni sürətlə silahlanma yarışı ilə SSRİ kimi ölkənin iqtisadiyyatını çökdürdülər. İndi də ona bənzər proseslər başlaya bilər. Amma burada bir məsələ var. SSRİ-nin sürətlə silahlanma yarışında dağılması Çin və Rusiya üçün bir nümunədir və SSRİ-i rəhbərliyi ölkənin dağılmasına dözdü. Amma Rusiya və Çin rəhbərləri ölkələrinin dağılmalarına dözəcəklərmi? Bu sualın cavabı bir mənalıdır. Dözməyəcəklər.

Onsuz da hal-hazırda ABŞ çalışır ki, Çini dağıtsın. Sürətlə silahlanma yarışı ola bilər ki, güclü və çox dağıdıcı silahların tətbiqinə gətirib çıxarsın. SSRİ dövründə ABŞ-la SSRİ arasında tarazlıq var idi. Eyni zamanda o dövrdə dəqiq silahlar da yox idi. Məlumdur ki, indi həm ABŞ, həm də Rusiya tərəfdə nüvə texnologiyaları əsasında çox dəqiq vuran silahlar mövcuddur. Bir azdan Çində də belə silahlar yaranacaq.

Onu da qeyd edim ki, sürətlə silahlanma yarışı hal-hazırkı dövrdə real müharibəyə gətirib çıxara bilər. Yəni yuxarıda da qeyd etdiyim kimi, Rusiya və Çin rəhbərlikləri ölkələrinin parçalanmalarına dözməyəcəklər”.

İlqar Vəlizadə: “ABŞ-ın raket sınağını həyata keçirməsi digər ölkələrə bir mesajdır”.

ABŞ-ın Orta və Yaxın Mənzilli Raketlərin Ləğvinə dair Müqavilə ilə qadağan olunmuş raketlərin sınağına zəncirvari reaksiyaların olacağını düşünən politoloq bildirib ki, bu zəncirvari reaksiyalardan sonra dünyada silahlanmanın sürəti artacaq:

ABŞ-ın raket sınağını həyata keçirməsi digər ölkələrə bir mesajdır. Yəni hansı ölkələrdə ki, həmin silahlar var və yaxud da həmin silahdan istehsal etməyə çalışırlar bu raket sınağı o ölkələrə mesajdır. Həmçinin ABŞ-ın raket sınağını həyata keçirməsi Çin, Pakistan, Hindistan, İran digər ölkələrə dərs olacaq.

ABŞ-ın Orta və Yaxın Mənzilli Raketlərin Ləğvinə dair Müqavilə ilə qadağan olunmuş raketlərin sınağına zəncirvari reaksiyalar olacaq. Bu zəncirvari reaksiyalardan sonra dünyada silahlanmanın sürəti artacaq.

Qeyd edim ki, Şimali Koreya silahlanmada aktivləşə bilər. ABŞ-la Şimalı Koreya arasında olan əvvəlki razılaşmalar isə sual altına alına bilər”.

Nərminə UMUDLU
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar