Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

FHN 133 yeni tikilən binaya müsbət rəy verdi

Fövqəladə Hallar Nazirliyindən bu bərədə məlumat verilib

Azərbaycan Respublikası Prezidentinin növbəti humanist addımı olaraq imzaladığı “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” 19 fevral 2019-cu il tarixli 529 nömrəli Fərmanının icrası ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi və digər aidiyyəti dövlət qurumları tərəfindən zəruri tədbirlər davam etdirilir.

Fövqəladə Hallar Nazirliyindən “Yeni Sabah”-a daxil olan məlumata görə, görülmüş tədbirlər nəticəsində ötən 6 ay ərzində ümumi sahəsi 2190082m2 olan 21911 mənzilli, ümumilikdə 359 girişli 133 binaya (kompleksə) dair müsbət rəy verilib. 129-u Bakı şəhəri, 3-ü Abşeron rayonu, 1-i isə Gəncə şəhərində yerləşən bu binalara dair sənədlər komplektləşdirilərək, müvafiq qaydada onların istismara hazır olması barədə tərtib edilmiş rəy aidiyyəti üzrə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Abşeron Rayon və Gəncə Şəhər İcra hakimiyyətlərinə təqdim olunub.

Aparılmış müayinələr nəticəsində aşkar edilən çatışmazlıqların aradan qaldırılması üzrə işlərin Fərmanla müəyyən olunmuş vaxtda başa çatdırılmasının təmin edilməsi, bu istiqamətdə qarşıya çıxan məsələlərin operativ həlli üçün birgə fikir mübadiləsinin aparılması məqsədilə 30 iyul 2019-cu il tarixində Abşeron Rayon İcra Hakimiyyətinin inzibati binasında müvafiq qurumların nümayəndələrinin iştirakı ilə Abşeron rayonu ərazisində inşa edilmiş və nöqsanları aradan qaldırılmadığından Fövqəladə Hallar Nazirliyinin müvafiq rəyinin verilməsi mümkün olmamış 23 çoxmənzilli yaşayış binasının nümayəndələri ilə görüş keçirilib. Tədbirdə hər bir bina üzrə mövcud vəziyyət təhlil edilib, nöqsanların aradan qaldırılması məqsədilə görüləcək işlər və bu istiqamətdə aidiyyəti dövlət qurumları tərəfindən köməkliyin göstərilməsi imkanları müzakirə edilib.

Qeyd edək ki, fərmandan irəli gələn məsələlərin icrası davam etdirilir və görülən işlər ölkə başçısının nəzarəti altındadır.

Pia.az

 


Etiket: FHN Bina

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Ən çox oxunanalar