Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“İcra başçısı üzüm emalı zavodunu özəlləşdirib”

“Samux rayonunun icra hakimiyyətinin başçısı Alı Qocayev rayonun Seyidlər kəndindəki üzüm emalı zavodunu özəlləşdirib”

Bunu araşdırmaçı jurnalist Cavanşir Həsənli yazıb.

O bildirib ki, icra başçısı Seyidlər kənd icra nümayəndəsi Tacəddin Əsgərov Kamil oğlu ilə əlbir olub: “Ötən ilin oktyabrın 25-də 50 manat nizamnamə kapitalı ilə onun adına “SEYİDLƏR ÜZÜM EMALI ZAVODU” MMC-ni qeydiyyatdan keçirib”.

“Daha sonra ilkin hərrac təklifi 41 min manat olan zavodu alıblar. Zavodun sahəsi 221 kv. metr, torpaq sahəsi isə 26068 kv metr, yaxud 2.6 hektardır. Tacəddin Əsgərov əvvəllər rayonun Qədilli kənd icra nümayəndəsi olub”.

Alı Qocayev 2000-2004-cü illərdə Bakı Şəhər İcra Hakimiyyəti Bakı Kanalizasiya İstehsalat Birliyinin baş direktoru, 2004-2005-ci illərdə isə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin vitse-prezidenti, 2005-2012-ci illərdə isə Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb.

2012-ci ildən Samux Rayon İcra Hakimiyyətinin başçısıdır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - Foto    

Ən çox oxunanalar