Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ-Venesuela gizli danışıqları nə barədə aparılır...

ABŞ Prezidenti Donald Trampın administrasiyası Venesuela Prezidenti Nikolas Maduronun yaxın adamları ilə danışıqlar aparır, onun prezidentlikdən getməsi, ölkədə azad seçki keçirilməsi şərtlərini razılaşdırmağa çalışır

Bu haqda “The Wall Street Journal” qəzeti danışıqlarda iştirak edən venesuelalılara istinadla yazıb. Maduro hökumətini Birləşmiş Ştatlar və onlarla ölkə tanımır.

Danışıqlarda ölkənin konstitusion assambleyasının rəhbəri Diosdado Kabellonun iştirak etdiyi vurğulanır. O, narkotik qaçaqçılığında şübhəli sayılaraq Amerika sanksiyalarına məruz qalmışdı. Qəzet yazır ki, danışıqlar ilkin mərhələdədir və məqsəd ölkədəki siyasi böhranı sülh yoluyla həll etməkdir.

Kabello və Venesuela tərəfdən danışıqlara qatılmış digərlərinin niyyəti Amerika və beynəlxalq ictimaiyyətdən ölkədən qalmağa təminat almaqdır. Sülh prosesi nəticəsində hakimiyyətə gələcək şəxslər də bu təminatlara hörmətlə yanaşmalıdır, məqalədə deyilir.

Maduronun yaxın ətrafıyla kontaktlar haqda informasiya ilk dəfə elə Donald Tramp-ın özündən sızıb. Sonradan Maduro da təmasları təsdiqləyib.

“The Wall Street Journal” yazır ki, Kabello ilə danışıqlar Tramp administrasiyasının Maduronu istefaya məcbur etmək cəhdlərinin dayandığını, indi onların prosesə Venesuela hakimiyyətinin digər mərkəzlərini cəlb etməyə çalışdığını göstərir.

ABŞ Venesuelanın neft sənayesinə, hökumətin və ordunun nüfuzlu üzvlərinə sanksiyalar tətbiq edib, ölkənin qanuni lideri saydığı Xuan Quaydonun hakimiyyətə yolunu açacaq demokratik seçki keçirilməsinə çalışır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - Foto    

Ən çox oxunanalar