Bazar ertəsi, 16 Sentyabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Əfqanıstan şəbəkəsi yeni bir vətəndaş müharibəsinə hazırlaşır?

ISW-nin (Müharibə Tədqiqatları İnstitutu) verdiyi məlumata görə, ABŞ Talibanla Əfqanıstandan geri çəkilmək barədə razılıq əldə edərkən əfqan müharibə şəbəkələri də vətəndaş müharibəsinə hazırlaşır...

“The Independent” qəzeti, Türkiyə, 20 avqust 2019-cu il

ABŞTaliban arasındakı razılaşmanın konkret maddələri hələ də məlum deyil.

Müharibə Tədqiqatları İnstitutu (ISW) ABŞNATO Əfqanıstandan geri çəkildikdən sonra tacik, özbək və həzara liderlərinin müharibə üçün etnik topluluqlarını səfərbər etməsini araşdırıb. ISW-dən Skot Desmaraisin analizinə görə, Əfqanıstandakı puştunlar da yaxın zamanda səfərbərliyə başlaya bilər.

Desmaraisin analizi göstərir ki, ABŞNATO qüvvələrinin Əfqanıstandan geri çəkilməsi ilə bağlı olan razılaşmanın tamamlanmasına az qalıb. İddia edilir ki, geri çəkilməyin qarşılığında Talibanın müxtəlif millətlərdən (Əl-Qaidə və İŞİD də daxil olmaqla) olan hərbçiləri Əfqanstanda təşkil olunan qlobal hücumlara mane olacaqlar.

Desmaraisin verdiyi məlumata görə, Taliban razılaşmadan sonra digər əfqan siyasi liderlərlə birlikdə Əfqanıstanın gələcəyi ilə bağlı müzakirələr aparacaq. Razılaşma ilə bağlı maddələr hələ ki, məlum deyil və ABŞ müzakirələrin Əfqanıstanın yeni hökümətinə aid ediləcəyini bildirərək mövcud əfqan hökümətinə dəstək verməkdən imtina edib. Analizdə qeyd edilir ki, mövcud hökümətə verilən dəstəyin dayandırılması ABŞNATO-nun çox böyük bir güzəştidir. Bu baxımdan Desmarais düşünür ki, ABŞTaliban arasındakı ikili razılıq əfqan hökümətini oyundan kənarda buraxacaq və ciddi şəkildə zəiflədəcək.

ISW-də yerləşən analizə görə, siyasi gücü olan əfqan liderlər Talibana söz verilən müzakirələrin baş tutmaması ehtimalına qarşı indidən tədbir görüblər. Bu tədbirlər Əfqanıstan hökümətindən kənardakı mərkəzləri gücləndirərək vətəndaş müharibəsi ehtimalını artırır. Desmaraisin həmin təşkilatların tədbirləri ilə bağlı vurğuladığı məsələlər belədir:

Taciklər

Güc mübarizəsinə ən yaxşı hazırlaşan əfqan tacikləridir. Siyasi baxımdan güclü olan Tacik Camaati-İslami Partiyası ilə əlaqəsi olan milisləri yoxlayırlar ya da yenidən səfərbər edirlər. Camaati-İslami tarixi cəhətdən 2001-də ABŞ-ın Talibanı devirməsinə kömək edən Şimal İttifaqının mərkəzində dururdu.

Özbəklər

Özbək əsilli general Əbdül Rəşid Dostum da öz qüvvələrini səfərbər edir. Dostumun özbək qüvvələri də Şimal İttifaqının ikinci hissəsini təşkil edirdi. Dostum 2019-cu ilin iyul ayında Cəvzcan və Saripul vilayətlərindəki polis bölmələrini ziyarət edib.

Həzaralar

Bir çox şiə həzara müharibə lideri Orta Əfqanıstanın dağlıq bölgəsindəki Həzaracatdakı azad milislərə nəzarət edir. Talibanın tarixi cəhətdən hədəf aldığı həzaraların Kabilin şəhər ətrafı bölgələrində də təşkilatları var. Həzara liderləri xəbərdarlıq ediblər ki, əgər onlara qarşı olan şiddət davam edərsə, səfərbərlik də uzanacaq. İran da Əfqanıstanda həzaraları səfərbər etmək üçün aktiv ola bilər.

Tacik, özbək və həzara liderləri 1990-cı illərdə Taliban təhdidi ilə milislərini birləşdirmiş və Şimal İttifqaını yaratmışdı. Əfqan puştunlarının da yaxın zamanda səfərbərlik elan edəcəyi gözlənilir.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Şərh yazın.

loading...