Cümə axşamı, 27 Fevral 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+10 ° Baku
+6 ° Quba
+6 ° Qusar
+13 ° Gəncə
+13 ° Lənkəran
+12 ° Naxçıvan
+13 ° Salyan
+11 ° Şəki

Məmur biznesmenlər dövləti necə aldadır?

“Böyük biznes obyektlərinin mütləq əksəriyyəti əlavə dəyər vergisinə cəlb edilməmək üçün bizneslərini çoxsaylı şirkətlər arasında bölürlər. Elə həmin şirkətlər də normal vergi ödəmirlər”

PİA.AZ xəbər verir ki, bu barədə bizimyol.info-ya açıqlamasında hüquqşünas Əkrəm Həsənov bildirib.

O, deyib ki, Vergirlər Nazirliyinin keçmiş rəhbərliyi gizli iqtisadiyyata göz yumub: “Yeni rəhbərliyin gizli iqtisadiyyata qarşı mübarizə aparması təqdirə layiqdir”.

Ekspert hesab edib ki, “Relaks” istirahət və turizm mərkəzində nəzarət tədbirlərini həyata keçirmək üçün bura gələn Vergilər Nazirliyinin əməkdaşları burada müqavimətlə üzləşməsinin ajiotaj yaratması müsbət haldır: “Hamının gözü qarşısında vergidən kobud şəkildə yayınmaq gülməlidir. Ümid edirik ki gizli iqtisadiyyatla məşğul olan biznes obyektlərinin sahibləri nəticə çıxaracaqlar.

Ümumən, dünyadan vergilərin optimallaşdırılması təcrübəsi var. Yəni vergini az ödəmək üçün biznesini fərqli şəkildə təşkil etməyə çalışırlar. Vergi Məcəlləsində bu və bu kimi məsələlər nəzərə alınıb. Yəni sənin biznes strukturun açıq-aşkar biznesdən yayınmaq üçündürsə, təbii ki bu yolverilməzdir. Vergi biznes obyektindən tutulmalıdır.

Amma bu halda görürük ki, Milli Məclisin deputatı İqbal Məmmədovun ailə üzvləri qanunun tələbini pozursa, biz ondan daha nə gözləyə bilərik? Amma “Relaks” istirahət mərkəzi ilə bağlı görülən tədbirlərdən sahibkarlar nəticə çıxaracaqlar, onlar qanunun tələblərinə əməl edəcəklər”.

Hüquqşünas deyib ki, əksər restoranlar və hotellər “Relaks” kimi işləyirlər: “Onlar da gizli iqtisadiyyatla məşğuldurlar. Əksər restoran və hotellər əlavə dəyər vergisinə cəlb edilməmək üçün bizneslərini çoxsaylı şirkətlər arasında bölüblər”.

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket:


Digərxəbərlər

Yardımlıda DTX-nı gözləyirlər: “Bizi Mahir Mirzəyev zülmündən xilas edin”

"Azərbaycanda koronavirus yayılıb" xəbərini yayan həkim həbs olundu

Populyar xəbərlər

Azərbaycan növbəti devalvasiyanın kandarında – İqtisadçı xəbərdarlıq edir

Artıq vəzifəli şəxslər sərvətini cəmiyyətdən gizlədə bilməyəcək - Prezidentdən Sərəncam

Ramiz Zeynalovun yeni “prava” rəisi kimdir? - Əhmədzadənin kürəkəni, obyektlər kralı və …

Prezident Kəmaləddin Heydərova yeni vəzifə verdi

Bakıda insanların arasında atəş açan şəxs Mingəçevirdə məhv edildi

Prezidentin istefaya göndərdiyi generallar haqda maraqlı faktlar

İstefaya buraxılan generallar bu yüksək vəzifədə idilər

"Koronavirus dəllallarının" gizlətdiyi 5 milyon tibbi paska Polisin əlinə keçdi

"Qarşıdakı iki həftə yeni koronavirusla mübarizədə həlledici olacaq"

Azərbaycandan qayıdan iki Gürcüstan vətəndaşı koronavirus şübhəsi ilə karantinə alınıb

Pənah Hüseyn Prezident Administrasiyasına çağırılıb - Səbəb?

loading...

Ən çox oxunanalar