Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakı polisi narkobaronlara qarşı xüsusi əməliyyat keçirib

Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin alqı-satqısı və qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı bir neçə xüsusi əməliyyat həyata keçirilib

DİN-dən “Report”a verilən məlumata görə, Baş İdarə əməkdaşlarının Binəqədi rayonunda keçirdikləri əməliyyat zamanı əvvəllər məhkum olunmuş Lənkəran şəhər sakini Mehman Bayramov saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman 0,565 qram, idarə etdiyi “Opel” markalı avtomobildən isə 1 kiloqram 010 qram çəkidə yüksək təsiredici xassəyə malik psixotrop maddə metamfetamin aşkar edilərək götürülüb. Saxlanılan şəxs ifadəsində psixotrop maddələri satmaq niyyəti ilə əldə etdiyini etiraf edib.

Baş İdarə əməkdaşlarının Suraxanı rayonunda keçirdikləri növbəti əməliyyat zamanı isə əvvəllər dəfələrlə məhkum olunmuş Füzuli rayon sakini Xəqani Həsənov saxlanılıb. Onun üzərindən 2,161 qram, yaşadığı Hövsan qəsəbəsində yerləşən evindən isə 100,901 qram narkotik vasitə olan heroin aşkar edilırık götürülüb.

Narkotacirlərin ifşa edilməsi istiqamətində Baş İdarə əməkdaşlarının keçirdikləri daha bir əməliyyat isə paytaxtın Xətai rayonuda baş tutub. Belə ki, idarəyə Əhmədli qəsəbəsi Zığ yolu küçəsində Xalidə adlı şəxsin narkotik vasitələrin satışı ilə məşğul olduğu barədə məlumat daxil olub. Həmin şəxsin saxlanılması istiqamətində keçirilən əməliyyat zamanı Xətai rayon sakini Xalidə Ağayeva tutularaq istintaqa təqdim edilib. Saxlanılan zaman X.Ağayevanın üzərindən 78,173 qram, yaşadığı evdən isə 3 kiloqaram 20 qram narkotik vasitə heroin, 194,645 qram tiryək, 500 qram psixotrop maddə olan metamfetamin və 1 ədəd elektron tərəzi aşkar edilib. X.Ağayeva ifadəsində bir müddətdir ki, narkotiklərin satışı ilə məşğul olduğunu, həmçinin tanınmasın deyə hər kəsə özünü “Bibixanım” deyə təqdim etdiyini bildirib.

Faktlarla bağlı saxlanılan şəxslərin hər biri barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Ən çox oxunanalar