Çərşənbə axşamı, 29 Sentyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Bu il 300-dən çox uşaq reabilitasiya xidmətləri ilə təmin edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Xüsusi Qayğıya Ehtiyacı olan Uşaqların Dövlət Reabilitasiya Müəssisəsində bu ilin ötən dövründə 300-dən çox uşaq reabilitasiya xidmətləri ilə təmin edilib

Nazirlikdən Trend-ə verilən məlumata görə, onlardan 200-nəfərdən çoxu uşaq serebral iflici olanlar, qalanları autizm və daun sindromlu, digər diaqnozlu uşaqlardır.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondunun dəstəyi nəticəsində yaradılan müəssisə ölkəmizdə sağlamlıq imkanları məhdud uşaqlar üçün tibbi-sosial reabilitasiya imkanlarının artırılmasına, bu sahədə yüksək standartlara uyğun infrastrukturun formalaşdırılmasına mühüm töhfə olub. Müəssisədə uşaqlara dünya praktikasında özünü doğrultmuş qum terapiyası, habelə artterapiya üsullarından, müalicəvi vannalardan və s. istifadə şəraitində 15-dən çox növdə reabilitasiya xidmətləri göstərilir.

Xüsusi Qayğıya Ehtiyacı olan Uşaqların Dövlət Reabilitasiya Müəssisəsi kimi fəaliyyətə başladığı 2015-ci ilin oktyabr ayından bu vaxta qədər müəssisədə 1450-dək uşağa reabilitasiya xidmətləri göstərilib.

pia.az


Etiket: Reabilitasiya

Şərh yazın.


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

"Paşinyan İlham Əliyevə danışıqlar prosesi ilə bağlı istəklərini çatdırdı" - Prezidentin köməkçisi

“Rusiya qonşularının daxili siyasətinə qarışmır” - Putin

Füzuli şəhəri ilə bağlı Müdafiə Nazirliyi açıqlama yaydı

Xankəndi və Şuşada yaşayan ermənilər Ermənistana qaçır – Video

Azərbaycan ordusunun məhv etdiyi erməni əsgərləri - Düşmənin canlı itkisi videoda

Nazirlikdən internet istifadəçilərinə xəbərdarlıq

İşğaldan azad edilmiş ərazilərimizdən ilk görüntü - Video

"Bu gün sevindirici məlumatlar yayılacaq" - Qubad İbadoğlu

Kəlbəcər tam, Ağdərə isə qismən mühasirəyə alınıb - Ekspert

loading...

Ən çox oxunanalar