Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Birinci vitse-prezidentin təşəbbüsü ilə Şəkidə şəhid ailəsinə ev verilib - Foto

Mehriban Əliyeva şəhid ailəsinə 3 otaqlı ev verdi

Bu gün Şəki rayonun Çələbixan qəsəbəsində şəhid Cahid Verdiyevin ailəsinə Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə yeni tikilən üç otaqlı mənzilin açarları təqdim olunub.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, bu münasibətlə təşkil edilmiş mərasimdə müvafiq qurumların nümayəndələri, şəhid Cahid Verdiyevin keçmiş döyüş yoldaşları və komandiri iştirak edib.

Əslən Laçın rayonundan olan şəhid Cahid Verdiyevin ailəsi Şəki rayonunun Çələbixan qəsəbəsində məskunlaşıb.

Tədbirdə vurğulanıb ki, indiyə kimi ölkə rəhbərliyinin səyi nəticəsində qaçqın və məcburi köçkün ailələri üçün 104 qəsəbə salınıb və 300 min məcburi köçkün mənzillə təmin olunub. Bu il isə 6 min köçkün ailəsinin mənzillə təmin olunması nəzərdə tutulur.

Öz növbəsində hazırda ŞəkiLaçın, AğdamŞuşadan məcburi köçkün düşən 423 ailə yeni mənzillərdə yaşayır. Bu gün isə şəhid Cahid Verdiyevin ata və anası onların sırasına daxil olur.

Pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Ən çox oxunanalar