Bazar ertəsi, 16 Sentyabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

ABŞ, İsrail, yoxsa Azərbaycan? –"Haşdi-Şəabi" rəhbərləri qəti qərar verməkdə tərəddüd edirlər

“National Interest”, 02.09.2019

İraqdakı Xalq Səfərbərlik Birləşmələrinin (XSB) rəhbərləri ABŞ, İsrail və xarici qüvvələri son bir ayda silah anbarlarına zərər verən sirli partlayışlarda ittiham edərək, ziddiyyətli açıqlamalar veriblər. Avqustun 21-də güclü hərbi qüvvələrin liderlərindən biri – Əbumehdi əl-Mühəndis ABŞhava hücumlarına görə cavabdeh sayıb və həmlənin Azərbaycan vasitəsilə İraqa istiqamət almış 4 İsrail dronu ilə gerçəkləşdirildiyini bildirib.

Mühəndis XSB rəhbərinin müavini, eyni zamanda, İranın İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) ilə sıx bağlılığı olan “Kətaib əl-Hizbullah”ın rəhbəridir. ABŞ Maliyyə Nazirliyi 2009-cu ildə bu qrupu terror təşkilatı kimi səciyyələndirib. Mühəndis 1980-ci illərdə İİKK ilə birlikdə döyüşüb və elə həmin illərdən Küveytdə baş verən hücumlarla əlaqədar axtarışdadır.

Son həmlə zamanı, Amerli, Əşrəf düşərgələri və Bələd aviabazası yaxınlığında XSB anbarları məhv edilib. Avqustun 20-də baş verən partlayış ərazisinə İraq rəsmiləri baş çəkib. İndi rəsmi olaraq hökumətin təhlükəsizlik qüvvələrinin bir hissəsi olan şiə hərbçilərinin buna necə təpki verəcəyi anlaşılmalıdır.

Mühəndisin iddiası aydındır: Birləşmiş Ştatlar məsuliyyət daşıyır və hücumları ABŞ-ın məlumatlandırması ilə, Azərbaycan üzərindən İraqa uçan İsrail dronları edib.

Azərbaycan İraqla heç bir sərhədi bölüşmür. Ərəb mətbuatı, o cümlədən “Əş-Şərq əl-Əvsat” və “əl-Ayn” xəbər verib ki, hücumların arxasında İsrail dayanıb.

Mühəndis “Facebook” və “Twitter” vasitəsilə XSB-nin özünü müdafiə edəcəyini və XSB bazaları üzərindən uçan istənilən drona hücum ediləcəyini iddia edib.

Bununla birlikdə, İraqın XSB rəhbəri və milli təhlükəsizlik üzrə müşavir Faleh əl-Fayyaz hadisənin hələ araşdırıldığını söyləyib.

Daha sonra hadisələrin “xarici qüvvə” və ya xarici aktyorlarla bağlı qüvvələrlə əlaqəli olduğu ortaya çıxıb. İlkin araşdırmalarla bu qənaətə gəlinib.

Bu, vacib bir fərqdir. İsrail, Birləşmiş Ştatlar və Azərbaycan arasındakı əlaqəni təsdiqləmək əvəzinə “xarici aktyorları” günahlandırmaq, daha ehtiyatlı və məntiqli təpkidir. Üstəlik, rəsmi açıqlama XSB-də daxili müzakirələr və fikir ayrılıqlarını əks etdirir.

XSB “Bədr” Təşkilatı, “Kətaib əl-Hizbullah”, “Əsaib Əhli əl-Haqq”, “Harakat Hizbullah əl-Nücəba”, “Kətaib İmam Əli” və başqa bir neçə güclü qrupdan ibarətdir. Onlar İŞİD-ə qarşı müharibə əsnasında yaradılan dəstələr şəklində qurulub. Bu bölmələrin özləri daha əvvəl ABŞ-a və 2003-cü ildən sonra sünni ekstremistlərə qarşı mübarizə aparan köhnə milislərdir.

Bir neçə yüksək səviyyəli XSB üzvü 1980-ci illərdə Səddam Hüseyinə qarşı İİKK ilə birlikdə mübarizə aparıb. XSB siyasi partiyalara, dini quruluşlara və bəzən hətta qəbilə və ya azlıq qruplarına bağlı olan bütün qrupları birləşdirmək istəyir. Məsələn, Nineva düzənliklərindəki 30-cu Briqada azlıq təşkil edən kürd mənşəli şiə şəbəklərdən ibarətdir. Şəbək etirazçıların Mosuldan Ərbilə gedən yolu bağlamasından sonra Bağdad bəzi əmrlərini dəyişməli olub. Buna görə də, milislər, bəzən, federal nəzarətdən kənar, müstəqil olaraq öz bazalarında silah yığırlar.

İndi hava hücumlarında hədəfə alınan, müəmmalı partlayışların qurbanı olan da məhz bu bazalardır. Bu bazalarda kiçik silahlar ola bilər, lakin bəzilərində İran tərəfindən verilən raketlər və daha ağır döyüş silahlarının mövcudluğu deyilir.

Keçən il, avqust və noyabr aylarında İranın İraqdakı milislərə raketlər ötürdüyü barədə xəbərlər ortaya çıxıb. 2018-ci ilin iyun ayında bir hava hücumu ilə, İraq sərhədinin yaxınlığındakı Suriyadakı “Kətaib əl-Hizbullah” hədəfə alınıb. O zaman milis qüvvələri hücumda ABŞ-ı günahlandırıb. Bu, “Kətaib Hizbullah” kimi qrupların İraqSuriyada ABŞ-a qarşı çıxması üçün uzunmüddətli gündəliyi göstərir.

Birləşmiş Ştatlar İraqdakı şiə hərbçilərinin bir çoxunu, “Bədr” istisna olmaqla, terrorçu qrup kimi təqdim etməklə gərginliyi artırıb. Aprel ayında ABŞ İraqdakı bu qruplara təsir edən İİKK-yə sanksiya tətbiq edib. May ayında ABŞ-İran gərginliyi artıb, ABŞ qüvvələri və ABŞ səfirliyi raketlər və minaatanlarla atəşə tutulub. Birləşmiş Ştatlar İranı ittiham edib. Eyni zamanda, bir çox milis lideri ABŞİraqı tərk etməyə çağırıb.

Son zamanların hava hücumları, bundan sonra nə ediləcəyi ilə bağlı XSB-də fikir ayrılıqları fonunda gərginliyi yeni bir zirvəyə qaldırır. İraq hücumların arxasında İsrailin dayandığı iddialarını azaltmaq istəyib. Ancaq parlament üzvləri və milis rəhbərləri, məsələn, Qeys Xəzalii, cavab tələb edirlər.

2017-ci ilin dekabr ayında Xəzali Livana gələrək İsrail sərhədi yaxınlığındakı əraziyə baxış keçirib. İraqdakı bəzi şiə hərbçiləri İsrailə qarşı “Hizbullah”la birgə müharibəyə qoşula biləcəklərini söyləyiblər. İndi Xəzali kimilər münaqişənin evə yaxın olub-olmadığını düşünürlər.

ABŞ Mərkəzi Komandanlığı iyulun 19-da açıqlama verərək Səlahəddin bölgəsində iranlılara və XSB-yə hücumda iştirak etmədiyini bildirib. Amma İraq parlamentindəki “Hüquqi Dövlət” koalisiyasının üzvü ABŞ-ı həmin ay Amerlidəki partlayışlarda təqsirləndirib.

Avqustun ortalarında “Falcon” düşərgəsində baş verən partlayışdan sonra “Əsaib Əhli əl-Haqq” İsraili hücumda məsuliyyətli sayıb. İraq parlamentindəki “Fəth” koalisiyasının üzvü ABŞ-ın təqsirli olduğunu iddia edib. “Harakat Hizbullah əl-Nücəba” da ABŞ-ı sirli partlayışların arxasında durmaqda günahlandırıb. İraq hökuməti öz hava məkanında, o cümlədən İŞİD-ə qarşı fəaliyyət göstərən koalisiya təyyarələrinə daha sərt qaydalar əlavə edərək, narahatlıqları aradan qaldırmağa çalışıb.

Sadalanan hadisələrdən sonra ABŞ qüvvələri hədəfə alına bilər. Avqustun əvvəlində yayımlanan hesabatda İraqda İran tərəfindən dəstəklənən qüvvələrin 2019-cu ilin aprel-iyun ayları arasında təhdidkar olduğu qeyd olunub. Qərb koalisiyası İraqdakı narahatlıqlarla bağlı qeyd edib ki, ABŞ İraqda yalnız İraq təhlükəsizlik qüvələrinə yardım etmək və İŞİD-i məğlub etmək üçün mövcuddur. Lakin XSB Ağ Evin 2018-ci ilin dekabrında İraqdan “İrana nəzarət etmək üçün” istifadə edə biləcəyi ilə bağlı açıqlamadan xəbərdardır.

“Fəth” koalisiyasının tərkibində ikinci ən böyük parlament qrupunu təşkil edən XSB-nin ilk təpkiləri olduğu kimi qalır. Amma İsrail, ABŞ və ümumən xarici aktyorları günahlandırmaq barədə fikir ayrılığı davam edir. Terrorçu olaraq təyin olunan hərbçilər, yəqin ki, illər boyu olduğu kimi, ABŞ qüvvələrinə qarşı təşviqat kampaniyası çərçivəsində yenə Birləşmiş Ştatları günahlandıracaq. Bununla birlikdə, XSB-nin yüksək səviyyəli rəsmiləri, İraq hökumətinin necə cavab verəcəyini gözləyərək, indi daha ehtiyatlı davranırlar.

Tərcümə: Strateq.az

pia.az


Şərh yazın.

loading...