Çərşənbə, 19 Fevral 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+10 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+17 ° Gəncə
+14 ° Lənkəran
+9 ° Naxçıvan
+16 ° Salyan
+16 ° Şəki

“ABŞ terrorçular üçün “təhlükəsiz bölgə” yaratmaq istəyir” – Ərdoğan

ABŞ-ın təhdidləri və Fransanın “Bizans oyunları” işə yaramır – Türkiyə “S 400”-ləri aktivləşdirməkdə qərarlıdır

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Türkiyə və ABŞ hərbçilərinin Suriyanın şimalında birgə patrul xidmətinə başlamasına münasibət bildirib.

APA-nın Türkiyə bürosunun məlumatına görə, bu gün Malatyada keçirilən kütləvi açılış mərasimində çıxış edən Türkiyə Prezidenti bu istiqamətdə atılan addımların Ankaranı qane etmədiyini bildirib.

R. T. Ərdoğan deyib ki, Suriyanın şimalında 3-5 vertolyot, 5-6 hərbi maşın, bir neçə yüz hərbçinin olması ilə Fərat çayının şərqindəki təhlükəsiz bölgə problemini həll etmək mümkün deyil: “Suriya sərhədi böyük miqyasda nəzarətimiz altındadır. Bizim üçün ən önəmli bölgə Fəratın şərqidir. Bizim şərtlərimizlə onların istəklərinin eyni olmadığı hər addımda görünür. Biz dinc suriyalılar üçün, müttəfiqlərimiz terrorçular üçün təhlükəsiz bölgə istəyir”.

Türkiyə Prezidenti bir daha bəyan edib ki, sentyabrın sonuna qədər Ankaranın şərtləri çərçivəsində Suriyanın şimalında təhlükəsiz bölgə məsələsi həllini tapmasa, Türkiyə öz planı üzrə hərəkət edəcək.

R. T. Ərdoğan gələn həftə İstanbulda Suriya böhranı ilə əlaqədar Rusiyaİranla birgə zirvə toplantısı keçiriləcəyini də bildirib.

pia.az

Hostimul.com
Paylaşılan hostinq, fiziki server, VPS və ya reseller hostinqa ehtiyacınız olarsa, təklif etdiyimiz hostinq xidmətləri ilə nəinki layihənizə uyğun bir hostinq məhsulu seçib, həm də veb-saytınızı lazımi qorunma ilə təmin edə bilərsiniz. Ətraflı məlumat üçün daxil olun: https://hostimul.com/az/hosting-azerbaycan/

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket:


loading...

Ən çox oxunanalar