Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tramp  “Taliban”a arxa çevirdi – Bu, "ABŞ üçün daha çox itkiyə səbəb olacaq"

“Əl-Cəzirə”, 09.09.2019

ABŞ prezidenti Donald Trampın Əfqanıstandakı 18 illik müharibəni sona çatdırmaq üçün qrupla davam edən danışıqları “barışa qarşı” bir hərəkət olaraq təxirə salma qərarı verib. “Taliban” bu addımı qınayıb. Bazar günü verdiyi açıqlamada “Taliban” bildirib: “ABŞ prezidenti Tramp danışıqların dayandırıldığını elan etdi… bu, amerikalıların özündən başqa heç kimə zərər verməz”.

Şənbə günü, avqustun 7-də bir sıra tvitlərində Tramp növbətui gün “Taliban” nümayəndələri və Əfqanıstan prezidenti Əşrəf Qəni ilə ABŞ-ın Merilend ştatındakı Kamp Deviddə planlaşdırılan gizli görüşləri ləğv etdiyini çatdırıb.

Keçən həftə “Taliban”ın hücumu ucbatından 12 nəfərin, o cümlədən 1 ABŞ hərbçisinin öldürüldüyünü bildirən Tramp, təxminən bir ildir Qətərdə davam edən ABŞ-“Taliban” danışıqlarını ləğv edib.

Hərəkat danışıqların ləğvinin “ABŞ üçün daha çox itkiyə səbəb olacağını”, “etimadını pozduğunu” və “sülh əleyhinə mövqeyini daha aydın şəkildə göstərəcəyini” bildirib.

“Son 18 ildəki mübarizəmiz… xarici işğal bitənə qədər və əfqanlara öz seçimləri ilə yaşamaq şansı verilincə davam edəcək”.

TalibanABŞ danışıqlar qrupu ilə Dohada “bu günə qədər əldə edilən irəliləyişdən məmnun olduğunu” və danışıqların “yaxşı atmosferdə” getdiyini açıqlayıb.

Bəyanatda deyilir: “ABŞ danışıq qrupu ilə məhsuldar müzakirələr apardıq və razılaşma əldə edilib”.

“Dünənə qədər (Şənbə günü) Amerika nümayəndə heyəti danışıqların nəticəsindən məmnun idi. Hər iki tərəf də elana və sazişin imzalanmasına hazırlaşırdı”.

Taliban” hətta ABŞ-la razılaşmanın bu tarixdən əvvəl əldə olunacağına ümid edərək sentyabrın 23-nü Əfqanıstan daxili dialoqun açılış günü kimi təyin etdiyini bildirib.

Trampın açıqlamasından sonra Əfqanıstan prezidentinin dəftərxanası “həqiqi sülh”ün yalnız “Taliban”ın hücumlarına son qoyacağı və hökumətlə birbaşa danışıqlar aparacağı təqdirdə mümkün olacağını söyləyib.

Taliban” çoxdan Əfqanıstan hökumətini “real gücə sahib olmayan” Qərbin “kukla rejim”i adlandırmaqla, onunla əməkdaşlıqdan boyun qaçırıb.

“Meyitlə söhbət”

ABŞ, həmçinin gələcək adddımları təyin etmək üçün Əfqanıstandakı xüsusi nümayəndəsi Zalmay Xəlilzadın Vaşinqtona geri çağırıldığını bildirib. Bunu dövlət katibi Mayk Pompeo Bazar günü “Fox News Sunday” şəbəkəsinə bildirib.

“Əfqan danışıqlarının ölüb-ölmədiyi” barədə suala Pompeo: “Hələlik meyit deyillər”, – deyib.

Taliban”la danışıqların ləğvinin ABŞ paytaxtındakı siyasətçilərdə və regionşünaslarda böyük maraq doğurur.

Ancaq danışıqların ölü olduğuna dair heç bir siqnal yoxdur.

Prezident Trampın həm iş adamı, həm də prezident olaraq bu taktikanı keçmişdə daha yaxşı və ya daha güclü bir danışıq mövqeyi qazanmaq ümidi ilə dədələrlə istifadə etdiyini xatırlatmağa dəyər.

Tramp ümid edir ki, “Taliban”ın ABŞ-dan daha çox barışıq sazişinə ehtiyacı var.

ABŞ prezidentinin tvitləri də onun bu danışıqlara “iş sövdələşməsi “kimi yanaşdığını göstərir.

Ötən həftə ABŞ və “Taliban” danışıqçıları Amerikanın ən uzun müharibədən qoşunların çıxarılmasına səbəb ola biləcək saziş layihəsi əldə ediblər.

11 sentyabr 2001-ci il hücumlarından sonra ABŞ-ın rəhbərlik etdiyi koalisiya tərəfindən işğal edildikdən 18 il sonra, Əfqanıstanda 14 min ABŞ hərbçisi və minlərlə digər NATO qüvvəsi var.(Tərcümə: Strateq.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - Foto    

Ən çox oxunanalar