Şənbə, 29 Fevral 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+10 ° Baku
+6 ° Quba
+6 ° Qusar
+13 ° Gəncə
+13 ° Lənkəran
+12 ° Naxçıvan
+13 ° Salyan
+11 ° Şəki

Gənclər və İdman naziri Azad Rəhimov Strasburqa işgüzar səfərdədədir

Strasburqda işgüzar səfərdə olan Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov 9 sentyabr tarixində ilk olaraq Avropa Şurasının mənzil-qərargahında təşkilatın Baş katibinin müavini xanım Qabriella Battaini-Draqoni ilə görüşüb...

Görüşdə AzərbaycanAvropa Şurası arasında gənclər və idman sahəsində formalaşmış geniş əməkdaşlıq münasibətlərinə nəzər salınıb və bu münasibətlərin daha da inkişafı istimatətində gündəmində dayanan müxtəlif mövzu və layihələr ətrafında fikir mübadiləsi aparılıb. Eyni zamanda, qarşıdan gələn dövrdə Azərbaycanın Avropa Şurası çərçivəsində gənclər və idman sahələri üzrə planlaşdırılan gələcək fəaliyyətinin yeni istiqamətləri də müzakirə edilib.

Bununla yanaşı, səfəri çərçivəsində nazir Azad Rəhimov Azərbaycan Respublikasının Avropa Şurası yanında Daimi Nümayəndəliyi tərəfindən təşkil edilən, Ümumdünya Antidopinq Agentliyinin İcraiyyə Komitəsinin Avropadan olan üzvü mövqeyinə Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) rəhbəri Şəfəq Hüseynlinin namizədliyinin təqdimatı mərasiminə də qatılıb. Əsasən üzv dövlətlər üçün keçirilən bu tədbirdə daimi nümayəndə Fəxrəddin İsmayılovun açılış qeydlərinin ardınca nazir Azad Rəhimov ölkəmizdə idmanın inkişafı sahəsində işlər haqqında məlumat verib və əldə olunmuş nailiyyətləri iştirakçıların diqqətinə çatdırıb. Nazir Respublikamızda antidopinq sahəsinə yetirilən diqqəti vurğulayıb, AMADA-nın dopinqlə mübarizə sahəsində qazandığı uğurlardan bəhs edib və üzv dövlətləri qarşıdan gələn günlərdə keçiriləcək seçkilərdə Azərbaycan namizədinə dəstək verməyə çağırıb. Öz çıxışında AMADA-nın rəhbəri Şəfəq Hüseynli Ümumdünya Antidopinq Agentliyinin İcraçı Komitəsinə namizəd kimi irəli sürdüyü platforma barədə maraqlı təqdimatla çıxış edib və qlobal səviyyədə dopinq ilə effektiv mübarizə ilə bağlı düşüncələrini bölüşüb.

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket: Azad Rəhimov


Digərxəbərlər

Yardımlıda DTX-nı gözləyirlər: “Bizi Mahir Mirzəyev zülmündən xilas edin”

"Azərbaycanda koronavirus yayılıb" xəbərini yayan həkim həbs olundu

Populyar xəbərlər

Heydər Əliyevin sabiq köməkçisindən referendum və yeni seçki anonsu - Video

Aylıq gəliri 2 milyon manat olan icra başçısı eşşək südünü 80 manata satırmış

DTX-nin strukturunda dəyişiklik edildi - Prezidentdən Fərman

Azərbaycanda koronavirusa yoluxma riski olan insanlar - SİYAHI

İcra başçısı eşşək südünü 80 manata satırmış...

Azərbaycanda koronavirus aşkarlanan şəxsin 23 yaşı var

Türkiyə ilə Rusiya arasında danışıqlar yekunlaşdı 

Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VI toplantısı keçirilib - Yenilənib

İcra başçılarına pis xəbər - Əməkhaqqı kartları işçilərə...

Rusiyanın Azərbaycandakı səfirliyindən koronavirusa yoluxan şəxslə bağlı açıqlama

loading...

Ən çox oxunanalar