Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ-ın Türkiyəyə qarşı gözlənilən sanksiyaları... – İkili münasibətlərdə nələr dəyişəcək?

Politoloq: “Əgər ABŞ tərəfdən Türkiyəyə iqtisadi sanksiya tətbiq olunacaqsa, bu, Ərdoğanın nüfuzuna zərər gətirəcək”

ABŞ-ın Türkiyə ilə yaxınlaşıb Suriyada bir çox məsələləri öz xeyrinə dəyişməsi daha real görünür. ABŞ-ın Türkiyəyə sanksiya tətbiqi də bu məsələyə görədir”.

Bu sözləri politoloq Nəzakət Məmmədova ABŞ-ın Türkiyəyə sanksiya tətbiq etmə ehtimalını PİA.az-a şərh edərkən qeyd edib.

ABŞ maliyyə naziri Stiven Mnuçin bazar ertəsi Türkiyənin Rusiya istehsalı olan S-400 hava hücumundan müdafiə raket sistemini alması ilə əlaqədar Tramp administrasiyasının sanksiyalar tətbiq edilməsini nəzərdən keçirdiyini, lakin hələ qərar verilmədiyini bildirib.

Mnuşin hələlik heç bir potensial hədəf göstərməyib.

Mnuçinin şərhlərindən sonra Türkiyənin dollarla təyin edilmiş müstəqil istiqrazlarının qiyməti düşüb.

Xatırladaq ki, Türkiyə Rusiyadan S-400 raketdən müdafiə sistemi alandan bəri Ankara ilə Vaşinqton arasında mübahisə davam edir. Belə ki, Birləşmiş Ştatlar bunun NATO-nun müdafiə qaydalarına uyğun gəlmədiyini və Qərb alyansın standard hərbi təyyarəsi olacaq Lockheed Martin istehsallı F-35 qırıcı təyyarəsinə hədə olduğunu deyir.

Türkiyəyə qarşı sanksiyalar həyata keçirilə bilər və əgər belə olarsa, Türkiyə-ABŞ münasibətlərin necə proqnoz etmək olar?

Mövzunu PİA.az-ın əməkdaşı politoloq Nəzakət Məmmədovaya müraciət edib.

Nəzakət Məmmədova: “ABŞ Türkiyəni sanksiya ilə təhdid etməklə Suriya məsələsində Türkiyəni istədiyi məcrada idarə etmək istəyir”.

ABŞ-ın Türkiyəyə hansı istiqamətdə sanksiya tətbiq edəcəyini gözləmək lazım olduğunu düşünən politoloq bildirib ki, əgər ABŞ Türkiyənin hərbi sənayesinə və yaxud da Türkiyə hərbisi ilə əməkdaşlıq edən şirkətlərə və yaxud da bunun kimi başqa sahələrə sanksiya tətbiq edəcəksə, Türkiyə əhalisi bu sanksiyalara bir o qədər də reaksiya verməyəcək:

ABŞ sanksiyalarının Ərdoğanın hakimiyyətdən gedəcəyinə səbəb olacağın düşünmək olmaz. Çünki adətən xarici təhlükə, xarici təzyiqlər olanda daxildə daha çox birlik yaranır və Ərdoğan tipli siyasətçilər belə vəziyyətdən ustalıqla yararlana bilirlər.Ümumilikdə isə xarici təzyiqlər açıq xarakter aldıqda xalq hakimiyyət ətrafında daha sıx birləşir. Lakin ABŞ tərəfdən Türkiyəyə iqtisadi sanksiya tətbiq olunacaqsa, bu, Ərdoğanın nüfuzuna zərər gətirəcək. Biz bunu praktikada gördük ki, Türkiyədə ötən il dolların bahalaşması, lirənin kəskin ucuzlaşması baş verəndə əhalidə narazılıq artdı. Bu narazılıq fonunda Ərdoğan böyük şəhərlərdə bələdiyyə seçkilərini uduzdu. Əgər ABŞ Türkiyə əhalisinin sosial-iqtisadi durumunun kəskinləşməsi istiqamətində sanksiyalar tətbiq edəcəksə, bu, birmənalı şəkildə Ərdoğanın nüfuzunun aşağı düşməsinə səbəb olacaq.

Ona görə də ABŞ-ın Türkiyəyə hansı istiqamətdə sanksiya tətbiq edəcəyini gözləmək lazımdır. Əgər ABŞ Türkiyənin hərbi sənayesinə və yaxud da Türkiyə hərbisi ilə əməkdaşlıq edən şirkətlərə və yaxud da bunun kimi başqa sahələrə sanksiya tətbiq edəcəksə, Türkiyə əhalisi bu sanksiyalara bir o qədər də reaksiya verməyəcək. Adətən, əhalinin hakimiyyətə qarşı münasibəti sosial vəziyyət pisləşəndə dəyişir. Ümumilikdə isə vətənpərvərlik məsələlərində, hərbi və digər sahələrə qarşı təzyiqlər olarsa, əhalinin Ərdoğan ətrafında daha da birləşməsi gözlənilir.

Nəzakət Məmmədova: “ABŞ istəyir ki, Suriyada Türkiyəni razılaşmaya məcbur etsin və Türkiyə Rusiya ilə İrandan uzaqlaşsın”.

Bir məsələ də var ki, ABŞ-ın Türkiyəyə sanksiya tətbiq etməsi ümumiyyətlə, nə qədər real ola bilər? Çünki artıq Suriyada ABŞ-Türkiyə yaxınlaşması var. ABŞ Suriyada Türkiyə kimi böyük bir müttəfiqini itirmək istəməz. Əgər ABŞ bunu gözə almazsa, bu, Amerika siyasətində növbəti çox böyük bir səhv olar. Eyni zamanda, Türkiyə artıq Rusiyadan S-400-ləri alıb və məsələ bağlanıb. Bundan sonra ABŞ-ın Türkiyəyə sanksiya tətbiq etməsinin bir faydası yoxdur. Hesab edirəm ki, S-400 məsələsi bəhanədir. ABŞ istəyir ki, Suriyada Türkiyəni razılaşmaya məcbur etsin və Türkiyə Rusiya ilə İrandan uzaqlaşsın.

ABŞ-Türkiyə münasibətlərində dəyişə biləcək bir çox məsələlər var. Bu məsələlər müttəfiqlikdən münasibətlərinin yenidən əvvəlki kimi bərpa olunmasından tutmuş ABŞ-ın planına uyğun gələcək Suriyanın qurulmasıdır. Təbii ki, ABŞ öz istədiyi kimi Suriyanı yenidən qurmaq istəyir. Bu məsələdə ABŞ-ın yaxınlaşma şansı Türkiyə ilədir. Çünki ABŞ bu məsələdə nə İranla, nə də Rusiya ilə yaxınlaşa bilməz. Türkiyə Suriyada müəyyən müxalif qrupları dəstəkləyir və Türkiyənin Əsədə qarşı kəskin, dəyişməz mövqeyi var və s.

Buna görə də ABŞ-ın Türkiyə ilə yaxınlaşıb Suriyada bir çox məsələləri öz xeyrinə dəyişməsi daha real görünür. ABŞ-ın Türkiyəyə sanksiya tətbiqi də bu məsələyə görədir. ABŞ Türkiyəni sanksiya ilə təhdid etməklə Suriya məsələsində Türkiyəni istədiyi məcrada idarə etmək istəyir”.

Politoloq eyni zamanda Türkiyə daxilində baş verən siyasi prosseləri də PİA.az-a şərh edib.

Xatırladaq ki, ictimai dəstəyi zəiflədikcə və sabiq müttəfiqləri onu tərk etdikcə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hakim partiya üzərində nəzarəti gücləndirməyə çalışır. Bu yaxınlarda Sivas şəhərində keçirilən nümayişdə Ərdoğan bir vaxtlar ən yaxın müttəfiqləri olmuş adamları “fitnəkar” adlandırıb.

Türkiyə daxilində baş verən siyasi gərginliklər fonunda bir də sanksiyalar tətbiq olunarsa, Türkiyənin siyasi səhnəsində nələr dəyişə bilər sualımıza cavab olaraq politoloq bildirib ki, artıq Ərdoğan nələrisə dəyişməyə doğru getməlidir. Çünki artıq partiya daxilində də parçalanmalar var:

“Bildiyimiz kimi, Türkiyədə AKP iqtidarı artıq uzun müddətdir ki, hakimiyyətdədir. Artıq Ərdoğan nələrisə dəyişməyə doğru getməlidir. Çünki artıq partiya daxilində də parçalanmalar var.

Türkiyənin bir çox ağır problemləri var ki, Ərdoğan bu istiqamətdə addımlar atır, amma yenə də nələrinsə dəyişməyinə ehtiyac var. Xarici təhlükədən efektiv qorunmaq üçün ilk növbədə daxili mübarizə mexanizmləri səmərəli təşkil olunmalıdır”.

Nərminə UMUDLU
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan bu dəfə Azərbaycanı deyil, Türkiyəni hədəf aldı...

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Azərbaycanda pensiyaçıların sayı 2026-cı ilə qədər azalacaq

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Ən çox oxunanalar