Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Elman Rüstəmov toyuqlarına görə cərimələndi

Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatası “Səba” ASC-nin barəsində inzibati xəta haqqında protokol tərtib edib...

PİA.az-ın “Report”a istinadən xəbərinə görə, Palata tərtib etdiyi protokolu baxılması üçün Şabran Rayon Məhkəməsinə göndərib.

Məhkəmədə şirkətin İnzibati Xətalar Məcəlləsinin (İXM) 430.4-cü (avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir) maddəsi ilə cərimələnməsi məsələsinə baxılıb.

Cərimənin məbləği açıqlanmır.

Şabran Rayon Məhkəməsinin qərarından apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsində baxılır.

Toyuq, süd və yem məhsulları istehsalı ilə məşğul olan "SƏBA” ASC-nin ticarət nişanına "Biləsuvar Aqro" MMC, "Qarabağ Taxıl" MMC, “Qarabağ Toxum” MMC və Azerbrood Damazlıq Fabrikləri, mağazalar şəbəkəsi daxildir.

Qeyd edək ki, mətbuat uzun illərdir "Səba"nı Mərkəzi Bankın sədri Elman Rüstəmovun biznes imperiyasının tərkib hissəsi kimi təqdim edir.

pia.az


Etiket: “Səba” ASC


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - Video

Ən çox oxunanalar