Çərşənbə axşamı, 17 Sentyabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Bakıda iqtidar-müxalifət görüşü: Son siyasi proseslərin axarı hara gedir?

Politoloq: “Ölkədə iqtidar, müxalifətin sağlam dialoqu çox vacibdir. Bu günkü görüşü mütləq şəkildə dəstəkləmək lazımdır”

“Son zamanlar Yeni Azərbaycan Partiyasının istər ayrı-ayrı millət vəkilləri, istərsə də, parlamentdə oturan digər deputatların Azərbaycandakı siyasi proseslərlə bağlı maraqlı bir qədər gözlənilməz bəyanatları göz qabağındadır. Görünən odur ki, bir sıra məsələlərdə narahatlıq var və hər hansı məqamlar var ki, o məqamlar özünün artıq göstərməkdədir”.

Bu sözləri Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov bu gün keçirilən iqtidar, müxalifət və vətəndaş cəmiyyətinin nümayəndələrinin görüşünü PİA.az-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi bu gün Bakıda siyasi partiyalar, media və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə Politoloq: “Ölkədə iqtidar, müxalifətin sağlam dialoqu çox vacibdir. Bu günkü görüşü mütləq şəkildə dəstəkləmək lazımdır”keçirildi.

Tədbirdə Yeni Azərbaycan Partiyasını (YAP) partiyanın sədr müavini - icra katibi Əli Əhmədov təmsil edirdi.

Tədbirdə Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn, AĞ Partiyanın sədri Tural Abbaslı, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa, Vəhdət Partiyasının sədri Tahir Kərimli, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev, habelə Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Oruc, Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu, “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz, REAL TV-nin rəhbəri Mirşahin Ağayev və başqaları iştirak etdilər.

Müsavat Partiyasının başqanı Arif Hacılı və KXCP sədri Mirmahmud Mirəlioğluya dəvət göndərilsə də, onlar “dəyirmi masa”ya qatılmayıb.

Azərbaycan Demokrat Partiyasının sədri (ADP) sədri Sərdar Cəlaloğlu iqtidar və müxalifət partiyalarının birgə iştirak etdiyi dəyirmi masada deyib ki, Minsk qrupunun məqsədi Qarabağı hansısa formada Azərbaycandan alıb, Ermənistana verməkdir.

Sərdar Cəlaloğlu bu fikirləri YAP sədrimnin müavini-icra katibi Əli Əhmədovun etirazına səbəb olub. YAP rəsmisi qeyd edib ki, heç bir beynəlxlaq təşkilatın hansısa dövlətin daxili işlərinə müdaxilə etmək səlahiyyəti yoxdur: “Minsk qrupu kimi təsisatlar sadəcə vasitəçilik funksiyasını yerinə yetirə bilər. Bu və ya digər məqamlarda qeyri-ciddi arqumentlər gətirməklə mətbuata insanları çaşdıran fikirlər yönəltmək düzgün deyil”.

Ə.Əhmədov Sərdar Cəlaloğlunun Prezident İlham Əliyevin Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev arasındakı görüşlə bağlı səsləndirdiyi fikirlərə də cavab verib: “Patruşevlə danışıqlarda sən Sərdar Cəlaloğlu iştirakmı etmisən?! Bilmədiyin halda niyə ağlına gələn bəyanatlarla çıxış edirsən?! Bizdə də “Dostluq” ordeni var. Rusiyada da həmçinin bu ənənə var. Bu, torpağın qorunmasına və müdafiə olunmasına görə deyil. Sadəcə, dövlətlər və ölkələrarası münasibətlərə töhfə verildiyinə görə verilir. Qeyri-ciddi fikirlər deməklə mətbuatı çaşdırmaq lazım deyil. Biz burada dedi-qodu ilə məşğul olmamalıyıq. Halbuki, müzakirə mövzusu başqadır. Etiraf etmək lazımdır ki, Azərbaycanın hansısa səviyyəyə qalxdığını hər kəs yaxşı bilir. 20 il əvvəlki Azərbaycan indiki kimi idi?!”.

Bu görüşün məhz indi keçirilməsini təsadüfü hesab etmək olarmı və Siyavuş Novruzovun son bəyanatı ilə bağlı bu görüşün keçirilməsi arasında hər hansı bir əlaqə var? Həmçinin Azərbaycana qarşı xarici müdaxilə ilə bağlı iddilar ölkədə siyasi dialoqun başlaması üçün yetərli səbəb olaraq görürmk olarmı?

Mövzunu PİA.az-ın əməkdaşı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədovla müzakirə edib.

Zaur Məmmədov: “Azərbaycanda siyasi proseslərin mürəkkəb hal alması ermənilərin cəbhədə fəallaşmasına gətirib çıxara bilər”.

İndi müxalifətin və iqtidarın əsas hədəfi bir-birləri deyil, cəbhədəki erməni əsgəri, Ermənistan dövləti olmalı olduğunu düşünən politoloq PİA.az-a açıqlamasında bildirib ki, indi gedən proseslər cəbhədə vəziyyətin hər an kifayət qədər dəyişə biləcəyini və savaşın başlana biləcəyini göstərməkddədir:

“İqtidar və müxalifət siyasi partiayaları ilə, eyni zamanda qeyri-hökumət təşkilatlarla siyasi dialoq hər bir ölkədə olmalıdır. Azərbaycanın siyasi tarixində də bu görüş ilk hadisə deyil. Dəfələrlə iqtidar və müxalifət düşərgəsi nümayəndələri arasında görüşlər keçirilib. Hər dəfə həmin vaxt üçün aktual olan məsələlər müzakirə edilmişdi.

Son zamanlar isə Yeni Azərbaycan Partiyasının istər ayrı-ayrı millət vəkilləri, istərsə də, parlamentdə oturan digər deputatların Azərbaycandakı siyasi proseslərlə bağlı maraqlı bir qədər gözlənilməz bəyanatları göz qabağındadır. Görünən odur ki, bir sıra məsələlərdə narahatlıq var və hər hansı məqamlar var ki, o məqamlar özünün artıq göstərməkdədir.

Ümumiyyətlə Azərbaycan hər zaman istər xarici ölkə agentlərini diqqət mərkəzində olur, istərsə də xarici ölkələrin geosiyasətində vacib bir coğrafiya olub. Bu gün də biz Azərbaycanda gedən siyasi proseslərdən nəticə çıxararaq deyə bilərik ki, bütün vektorların yanında yer alan ayrı-ayrı şəxslərin aktivləşməsinin də şahidi oluruq.

Zaur Məmmədov: “Ölkəni anarxiyaya, xaosa çevirmək istəyən qüvvələr və yaxud bunu bilərəkdən, bilməyərəkədən edənlər öz davranışlarına diqqətli və məsuliyyətli davranmalıdırlar”.

Azərbaycanın Dağlıq Qarabağ kimi probleminin olduğunu unutmaq olmaz. Buna görə də Azərbaycanın zəifləməsini istəyən qüvvələr var. Azərbaycanda siyasi proseslərin mürəkkəb hal alması ermənilərin cəbhədə fəallaşmasına gətirib çıxara bilər. Buna görə də kifayət qədər ayıq olmaq lazımdır. Ölkəni anarxiyaya, xaosa çevirmək istəyən qüvvələr və yaxud bunu bilərəkdən, bilməyərəkədən edənlər öz davranışlarına diqqətli və məsuliyyətli davranmalıdırlar. Çünki bizim düşmənimiz göz qabağındadır.

İndi müxalifətin və iqtidarın əsas hədəfi bir-birləri deyil, cəbhədəki erməni əsgəri, Ermənistan dövləti olmalıdır. İndiki gedən proseslər bunu tələb edir. Çünki doğrudan da biz cəbhədə vəziyyətin hər an kifayət qədər dəyişə biləcəyini və savaşın başlana biləcəyin görə bilməkdəyik. Bu cəbhədə silahlı insidentlərin daha da intensivləşməsi, ayrı-ayrı siyasi oyunçuların Azərbaycana təsir vasitəsi ilə ölkədə müxtəlif pravakasiyalara əl atması fonunda büruzə verə bilər.

Bütün bunlara görə ölkədə iqtidar, müxalifətin sağlam dialoqu çox vacibdir. Bu günkü görüşü mütləq şəkildə dəstəkləmək lazımdır. Həmçinin bu gün kimi görüşlər davam etməlidir”.

Nərminə UMUDLU
pia.az


Şərh yazın.

loading...