Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ekspert: Su nəqliyyatı bərpa olunsa, Kür lildən təmizlənər - Foto

Ekoloq Elman Hacıyev bu barədə danışıb

Əvvəllər Azərbaycanda su nəqliyyat vasitələri geniş yayılsa da, hazırda bu nəqliyyatdan az istifadə olunur.

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, vaxtı ilə Kür çayında da gəmiçilik geniş vüsət alsa da, hazırda bu sahədə vəziyyət yaxşı deyil.

Ekoloq Elman Hacıyevin sözlərinə görə, su nəqliyyatı Kürətrafı bölgələr üçün də çox sərfəli nəqliyyat vasitəsi olub. Bir vaxtlar Kür çayında hərəkət edən gəmilər Kürətrafı rayonlara yüklərin daşınmasını həyata keçirirdi. Mərkəzləşdirilmiş qaydada Şirvan şəhərindən Kür çayı vasitəsi ilə Salyan, Neftçala, eləcə də digər rayonlara taxta-şalban, yanacaq, duz və kənd təsərrüfatı məhsulları daşınırdı. Bununla yanaşı, su tramvaylarından da istifadə olunurdu.

Su nəqliyyat vasitələrinin Kür çayında daim hərəkət etməsi lillənmənin qarşısını alır, nəticədə daşqınlar olmurdu. Həmçinin, o vaxtlar çayda balıqlar da bol idi.

Son illər Kür çayının lillənməsinin qarşısını almaq üçün lilsovuran gəmilər vasitəsi ilə dibdərinləşdirilmə işləri aparılır.

Ötən əsrin 70-ci illərinin əvvəllərində qeyri-müəyyən səbəblərdən çayda su nəqliyyatının hərəkəti dayandırılıb. Bundan sonra artıq Kürün deltasında lil qatları çoxalmağa başlayıb.

E.Hacıyev bildirib ki, su nəqliyyatı bərpa olunarsa, çay lildən təmizlənməklə yanaşı, onun faunası da zənginləşər. Bundan başqa, ərazilərdə mini gəmilərlə sərnişinlərin daşınması ilə turizmi də inkişaf etdirmək olar.

Qeyd edək ki, vaxtı ilə gəmilər Tiflisdən Kürün deltasına qədər hərəkət edib. Lakin sonralar çay üzərində yeni su anbarları tikilib. Hazırda Kür çayı yalnız Yevlaxdan Xəzər dənizinə qədər 480 kilometr boyunca gəmiçilik üçün yararlıdır.

pia.az

Fotolar




Etiket: Kür gəmiçilik

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Ən çox oxunanalar