Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Tanınmış yazar dövlət məmurunun müdafiəsinə qalxdı"

Murad Köhnəqaladan Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov dəstək

İnternet mediada Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov haqqında bir sıra xoşagəlməz yazılara rast gəldim. Sağlam, etik tənqiddən uzaq, yalnız ləkələməyə, nüfuzdan salmağa hesablanmış bu əməlləri kim(lər) həyata keçirir, bilmirəm. Amma bildiyim bir neçə məsələni yazmaq istəyirəm.

Mənim cənab Əli Həsənovla şəxsi tanışlığım olmadığına görə əmin olun, burada yazdıqlarımın bəzilərinin düşündüyü kimi, mənə mənzil verilməsi ilə heç bir əlaqəsi yoxdur. Hamınıza məlumdur ki, həmin məsələ tanınmış ictimaiyyət nümayəndələrinin cənab Prezidentə müaciəti əsasında həll olunub. Ona görə bu fikirləri tamamilə obyektiv və səmimi mövqeyim kimi qəbul edin.
Əli Həsənov ölkənin milli maraqlarını hər cür şəxsi və qrup maraqlarından üstün tutan əqidəli və sadiq dövlət xadimidir. O, eyni zamanda, dahi Heydər Əliyevdən dərs almış təcrübəli kadr və peşəkar siyasətçidir.
İstənilən dövlətin idarəetmə strukturunda Əli Həsənov kimi beş-altı şəxs olsa, həmin ölkədə daim daxili sabitlik, sakitlik, qonşularla heç vaxt gərgin olmayan diplomatik münasibətlər davam edər. Əli Həsənovun gərgin situasiyalarda emosiyaya qapılmayan, provakasiyaya uymayan soyuq təmkini, hər bir çətin vəziyyətdən zərərsiz çıxmağı bacaran əsl siyasətçi məntiqi var.
Ümumiyətlə, ölkəsinin inkişafını özünün fəaliyət prinsipinə çevirmiş uğurlu bir dövlət adamı üçün ən vacib keyfiyətlər bunlardı:

Praqmatik və çevik zəka

Siyasi ayıqlıq

Dövlətə və dövlətçiliyə sədaqət

Milli maraqlarda güzəştsizlik.

Bu xüsusiyyətlərin hamısı Əli Həsənovun portretini müəyyənləşdirən cizgilərdi.
Belə dəyərli dövlət adamları təmsil etdikləri xalqın mənəvi sərvəti hesab olunur.

Və bu cür şəxsiyyətlərə bilərəkdən qara yaxmaq, nüfuzlarına xələl gətirmək cəhdləri yalnız və yalnız bu ölkənin yaxşılığını istəməyən qüvvələrə lazım ola bilər. Həmin qüvvələr satın ala bilmədikləri yüksək çinli dövlət məmurlarını namərd yollarla “vurmağa” çalışırlar. Sözüm sadəlöhvcəsinə belə çirkin oyunlara alət olan sadə vətəndaşlaradı.

Dövlət xadimi həm də dövlətin simvolu sayılır. Dövlət xadiminə qarşı tərbiyəsiz davranış dövlətə, dolayısı ilə vətənə hörmətsizlik deməkdir. Dövlətinə hörmətsizlik edən kəslər isə bütün mənəvi ucalıqlardan yıxılıb ölmüş adamlardı. Bu siyasi meyitlərə inanmayın. Bilin ki, onlar sizə sosial şəbəkə tilovlarındakı yem kimi baxırlar.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Ən çox oxunanalar