Bazar ertəsi, 10 Avqust 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

İran Xəzərdən 30 milyard rial dəyərində kilkə ovlayıb

Cari İran ilinin (21 mart 2019-dan başlayaraq) 5 ayı ərzində (21 mart -22 avqust) İranın şimalında yerləşən Mazandaran vilayətində Xəzər dənizindən 2,66 min tonda kilkə ovlanıb

Trend-in məlumatına görə, bunu İranın Mazandaran vilayətinin balıqçılıq idarəsinin direktor müavini Qasım Kərimzadə İRNA-ya açıqlamasında deyib.

Q.Kərimzadənin sözlərinə görə, ovlanan kilkənin dəyəri 110 milyard rialdır (təxminən 2,16 milyon dollar).

Kərimzadə əlavə edib ki, ötən ilin analoji dövründə 30 milyard rial (714 min dollar) dəyərində 2,72 min ton kilkə ovlanmışdı.

Kərimzadə ötən illə müqayisədə kilkə ovunun 2% azaldığını və bunun səbəbinin Xəzər dənizində qeyri-nisbi hava şəraiti günlərinin artması olduğunu deyib.

“Kilkə balığı pudrasının (balıq yeməyi) qiymətinin artmasına görə, bu il bu balığın dəyəri ötən ilin analoji dövrü ilə müqayisədə 265% artıb” –deyə o qeyd edib.

İdarə rəsmisi bildirib ki, ötən ildə hər 1 kiloqramı 11 min riala (təxminən 0,26 dollar) olan balıq yeməyi bu il 41,2 min riala (təxminən 0,98 dollar) bahalaşıb.

Kərimzadə deyib ki, ovlanan kilkələrin təxminən 90%-i balıq yeməyinə çevrilir, qalanı isə emal olunaraq satışa çıxarılır.

İdarə rəsmisi vilayətdə kilkə ovu ilə məşğul olan 44 gəminin fəaliyyət göstərdiyini deyib.

pia.az


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Qorxmaz Hüseynovun QIZIL SUYUNA çəkilmiş villası – Fotolar

"Elçibəy mənə xüsusi tapşırmışdı ki, kontraktdakı payların bölünməsində 2 şirkətin razı qalmasına çalışım"

Lukaşenkonun təyyarəsi Minski tərk etdi, şəhərə qoşun yeridildi

AZAL-ın vitse-prezidentinin oğlunun Britaniyadakı şirkətləri üzə çıxdı - Siyahı, Fotolar

İsmayıl Hüseynovun səlahiyyətləri alındı - DGK-da baş verənlərin təfərrüatı

Daha bir vəzifəli şəxs rüşvət alarkən yaxalandı

DTX-nin həbs etdiyi general-leytenant Əfqan Nağıyev bəraət alıb?

Hafiz Hacıyev: “Heç vaxt Ramiz Mehdiyevin əlindən öpməmişəm”

Ötən ay vəzifədən azad olunan general vəfat etdi

loading...

Ən çox oxunanalar