Çərşənbə, 19 Fevral 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+10 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+17 ° Gəncə
+14 ° Lənkəran
+9 ° Naxçıvan
+16 ° Salyan
+16 ° Şəki

Tramp Federal Ehtiyat Sistemini faiz dərəcələrini azaltmağa çağırıb

ABŞ prezidenti Donald Tramp faiz dərəcələrini azaltmadığına görə Federal Ehtiyat Sistemini (FES) növbəti dəfə tənqid edib...

“Report” xəbər verir ki, bu barədə ABŞ lideri “Twitter” səhifəsində yazıb.

O, bu gün baza faiz dərəcəsini sabit saxlayaraq depozit dərəcəsini aşağı salan Avropa Mərkəzi Bankını nümunə göstərib: “Avropa Mərkəzi Bankı cəld tərpənərək dərəcələri 10 faiz bəndi aşağı salıb. Onlar avronu bizim ifrat güclənmiş dollarımız qarşısında ucuzlaşdırmağa çalışır və buna da nail olur. Nəticədə ABŞ-ın ixracatına ziyan vurulur... FRS isə sakitcə yerində oturub. Onlara borc pul vermələri üçün maaş verilir, biz isə faiz ödəyirik!”

Qeyd edək ki, Avropa Mərkəzi Bankı bu gün baza faiz dərəcəsini sıfır səviyyəsində saxlayaraq depozit dərəcəsini -0,4 faizdən -0,5 faizədək azaldıb. Kredit dərəcəsinin yuxarı həddi 0,25 faiz səviyyəsində saxlanılıb.

Xatırladaq ki, ötən gün prezident D.Tramp FRS-in baza faiz dərəcəsini sıfırda saxlamağa, yaxud da mənfi səviyyəyədək azaltmağa çağırmışdı.

pia.az

Hostimul.com
Paylaşılan hostinq, fiziki server, VPS və ya reseller hostinqa ehtiyacınız olarsa, təklif etdiyimiz hostinq xidmətləri ilə nəinki layihənizə uyğun bir hostinq məhsulu seçib, həm də veb-saytınızı lazımi qorunma ilə təmin edə bilərsiniz. Ətraflı məlumat üçün daxil olun: https://hostimul.com/az/hosting-azerbaycan/

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627



loading...

Ən çox oxunanalar