Cümə axşamı, 20 Fevral 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+10 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+17 ° Gəncə
+14 ° Lənkəran
+9 ° Naxçıvan
+16 ° Salyan
+16 ° Şəki

“Arsenal”ın hücumçusu bir ay oynamayacaq

İngiltərənin "Arsenal" klubu ciddi itki ilə üzləşib

PİA.az sport24.az-a istinadən xəbər verir ki, London təmsilçisinin hücumçusu Aleksandr Lyakazett ən azı bir aylıq yaşıl meydanlardan uzaq qalacaq.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 28 yaşlı fransalı hücumçu topuğundakı zədədən əziyyət çəkir. O, bir neçə həftə bu vəziyyətdə oynayıb. Lakin həkimlər fransalı futbolçuya istirahət etməyi və bərpa olunmağı tövsiyə edib. Lyakazettin oktyabrın ortalarında komanda ilə məşqlərə başlayacağı bildirilir.

Fransalı hücumçunun yoxluğunda "Arsenal"ı Premyer Liqada "Aston Villa", "Mançester Yunayted" və "Bornmut"la, Avropa Liqasında "Ayntraxt" və "Standard"la, İngiltərə Kubokunda "Nottingem Forest"lə oyunlar gözləyir.

Qeyd edək ki, Lyakazett bu mövsüm 3 matçda 2 qol vurub.

pia.az

Hostimul.com
Paylaşılan hostinq, fiziki server, VPS və ya reseller hostinqa ehtiyacınız olarsa, təklif etdiyimiz hostinq xidmətləri ilə nəinki layihənizə uyğun bir hostinq məhsulu seçib, həm də veb-saytınızı lazımi qorunma ilə təmin edə bilərsiniz. Ətraflı məlumat üçün daxil olun: https://hostimul.com/az/hosting-azerbaycan/

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627


Şərh yazın.


loading...

Ən çox oxunanalar