Çərşənbə axşamı, 15 Oktyabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Amerikalı senator İranın neft emal zavodlarını vurmağa çağırıb

ABŞ senatoru Lindsi Qrem (Cənubi Karolina ştatı) Səudiyyə Ərəbistanının neft yataqlarına edilən hücumlarla bağlı İranı günahlandırıb və Ağ Evi bununla əlaqədar qəti tədbirlər görməyə çağırıb

Senator Qrem Tvitterdəki mikrobloqunda İrana cavab olaraq onun neft-emalı zavodlarının vurulmasının gərəkliliyini yazıb: “Əgər rəsmi Tehran təxribatlarına və uranın zənginləşdirilməsi prosesinə davam edərsə, ABŞ masa üzərinə İranın zavodlarına hücum planını qoymalıdır”.

Lakin senatorun bu cümləsi tvitterdəki şərhçilər tərəfindən hiddətlə qarşılanıb. Onlardan bəziləri hətta onun Senatdan xaric olunmasını tələb edib.

Xatırladaq ki, ABŞ Dövlət Departamentinin rəhbəri Maykl Pompeo da Səudiyyə Ərəbistanının neft müəssisələrinə pilotsuz uçan hava aparatları ilə gerçəkləşdirilən hücumlarda İranın əli olduğunu söyləyib. 

Maykl Pomeo Yəmənin “Ənsar” üsyanı hərəkatının partlayşlarla bağlı məsuliyyyəti öz üzərinə götürməsi faktına inanmadıqlarını bildirib. Dövlət katibinin sözlərinə görə, dronların Yəməndən gəlməsinə dair heç bir sübut yoxdur.(musavat.com)

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket: Qrem

Şərh yazın.

loading...

Ən çox oxunanalar