Çərşənbə axşamı, 15 Oktyabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

İran XİN ABŞ dövlət katibini yalan danışmaqda ittiham edib

İran Xarici İşlər Nazirliyi (XİN) ABŞ dövlət katibi Mayk Pompeonun Səudiyyə Ərəbistanının neft emalı müəssisələrinə hücumun arxasında İranın dayandığına dair bəyanatına cavab verib

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, İran XİN-nin rəsmi nümayəndəsi Abbas Musəvi deyib ki, M. Pompeonun bəyanatında yer alan iddia yalandır.

A. Musəvi bildirib ki, ABŞ-ın maksimum təzyiq siyasəti maksimum yalanla müşayiət olunur.

Xatırladaq ki, sentyabrın 14-də Səudiyyə Ərəbistanının Abkayk və Xurays bölgələrində “Saudi Aramco” dövlət şirkətinə məxsus neft emalı zavodlarına hücuma görə məsuliyyəti Yəməndəki qiyamçı husilərin “Ənsar Allah’ hərəkatı öz üzərinə götürüb. Hücum 10 pilotsuz təyyarə ilə həyata keçirilib. Hücumdan sonra hər iki zavoda güclü yanğın başlayıb. Səudiyyə Ərəbistanı yanğının artıq lokallaşdırıldığını açıqlayıb. Neft emalı zavodlarına hücum nəticəsində Səudiyyə Ərəbistanının neft və qaz hasilatı 50 faiz azalıb.

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket: Partlayış

Şərh yazın.

loading...

Ən çox oxunanalar