Çərşənbə axşamı, 15 Oktyabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Parlamentarizm bataqlığında batan reformist solun səslərinə yiyə çıxanlar – “Yaşıllar” Partiyası

Avropanın qazanı “gülər üzlü” faşistlərin əlləri ilə yenə qarışdırılır və bu günün siyasi gündəmi onların əlindədir..

Ziya Mehti yazır...

Maddi gəliri ortalamanın üstündə olan günümüzün eqoist ekologiya təmsilçiləri və ABŞ dəstəkçisi “Lobbiçilər Dərnəyi”ndən ibarət olan “Yaşıllar” kimlərdir?..

May ayında keçirilən Avropa Parlament seçkilərində 20,5 % səs toplamayan Almaniyanın “Birlik 90/Yaşıllar” partiyası SPD-ni (Sosial Demokrat Partiya) geridə qoyaraq Almaniyanın ikinci partiyasına çevrildi və 5 il öncəsinə nəzərən səslərini 2 dəfə artıran “Yaşıllar” burjua mediasının sevgisini qazandı. Sərmayəçilər belə “digər partiyalar da “Yaşıllar” kimi qlobal iqlim problemini dilə gətirməlidirlər”, deyimləri ilə “Yaşıllar”a səmimiyyət təbəssüqmləri saçırdılar. Merkelin partiyasından belə 1,2 milyonluq seçicinin “Yaşıllar”a keçməsi bu partiyanın Almaniyanın gələcəyində rol alacağına önəmli bir işarə oldu. Hətta təkcə sol-liberal media qurumları deyil, mühafizəlar “Welt” qəzeti belə “Yaşıllar”ın liderlərindən birinin Kansler ola biləcəyindən yazırdı.

Maraqlıdır, görəsən bir zamanların alternativi və pasifist partiyası necə oldu ki, “uğur hekayələri” yaza bildi?

1980-ci ilin Yanvar ayında xüsusilə nüvə enerjisinə və müharibəyə qarşı olanlar, yəni o dövrün “doqmatik solun qorxusu olan yeni sol” adı ilə gündəmə gələn Parlamentdən kənar müxalifət güclərin yardımı ilə qurulan və 1993-cü ilə qədər Şərqi Almaniyanın əks-inqilabçı “Birlik 90” hərakatı ilə birləşərək indiki adını alan Yaşıllar uzun illər boyu mühafizəkarlar gözündən qülyabani kimi görünürdülər. Halbuki, almann kommunistləri “Yaşıllar”ın ilk fəaliyyət günündən etibarən bu partiyanın nüvə enerjisinə və müharibə qarşı tutumunun bir müddət sonra sistemə inteqrasiya ediləcəyini və kütlə davranışının antikommunist mübarizəyə yönəldiləcəyini, yəni partiyanın əhilləşdiriləcəyini iddia edirdilər.

Arxada qalan 39 ilin ardınca “Yaşıllar”a nəzər saldıqda kommunistlərin keçmiş iddialarının doğrulandığını və “Yaşıllar”ın hər iki mövzuda “uğurlu” olduğunu görə bilərik. Onsuz da, alman ordusunun Yuqoslaviyaya ilhaq məqsədli olan imperialist müdaxiləsinin baş memarlarından olan dönəmin Xarici İşlər naziri Cosef Fişerin “Yaşıllar”a qoşulması ilə bu partiyanın pasifist maskası düşmüşdü, amma parlamentarizmin hansı prinsiplə işlədiyini yaxşı bilən “Yaşıllar” partiyalarının guya “alternativ, ekososialist və sülh” tərəfdarı olduğunu medianın da ciddi səyləri ilə bu günədək yaxşı istifadə edirlər.

Daha dəqiq desək, birinci dünya ölkələrində iqlim dəyişikliyi ilə bağlı insanların kütlənin mitinqlər təşkil etdiyi bir vaxtda “Yaşıllar” kimi bir partiyanın olmağı mütləqdir. Nəzərə alsaq ki, dünyada sol hərəkat xeyli zəifləyib, reformist sol isə parlamentarizm bataqlığında üzür belə olan halda “Yaşıllar”In gənc seçiciləri apolitikləşdirməsi, onları ekoloji “ədalət”in bərqərar olacağına inandıraraq Almaniyada ikinci partiya olması göz ardı ediləcək məsələ deyil. Qeyd edək ki, Avropa Parlamentarisinin seçkilərində “Yaşıllar” 30 yaşdan aşağı seçicilərin 33 faizinin səsini toplaya bilib. Unutmaq olmaz ki, bütün dünyada hərəkatların, inqilabların avanqardını da məhz bu yaş qrupu təmsil edir.

Müharibə əleyhdarlarının iki üzlü tutumları

“Yaşıllar”ın ən önəmli özəlliyi, xüsusilə, 1990-cı illərdən sonra mühafizəkar və liberal partiyaların edə bilməyəcəyi bir arsızlıqla müharibə səsləri çıxara bilməyidir. Necə olduğuna nəzər salaq:

Yuqoslaviya müharibəsi: 1992-ci ilin Avqust ayında Avropa parlamentində müharibə səsləri yüksəlirdi. Parlamentarilərdən Klodiya Rot və İdarə Heyyətindən Helmut Lippelt “Qərb müdaxilə etməlidir” deyərək quyuya daş atmışdı və ictimai rəy öyrənilirdi.

1993-cü ilin Oktyabrında “Yaşıllar” partiyasının qurultayında Cozef Fişer və 1968-ci ildə baş verən sosialist tələbə hərəkatlarının liderlərin biri olan “Qırmızı Denni” (Daniel CohnBendit) Qərbin “hərbi müdaxilə etməsini” tələb etdilər. Hətta “Qırmızı Denni” Belqradın bombalanmasını, Bosniyanın hərbi müdaxilə ilə “qorunmasını” dilə gətirdi. 1996-cı ildə Saraybosnanı ziyarət edən Fişerin sözləri bu olmuşdu: ” Yuqoslaviyadakı soyqrımı pasifizmlə dayandıra bilmərik”

Fişerin politik arsızlığı o həddə çatmışdı ki, 1998-ci ilin bir parlament çıxışında dönəmin xristian demokrat Müdafiə Naziri olan Volker Rühe başda Fişer olmaqla “Yaşıllar”ı “real politik yarışda bizdən daha çox şahinlik edirsiniz” deyə tənqid etmişdi.

Kosova 1999: Belə ki, Almaniya Sosial Demokrat Partiyası (SPD) ilə “Yaşıllar”ın koalisiya höküməti qurulduqdan sonra 16 Oktyabr 1998-ci ildə Federal Parlament sessiyasında BMT nizamnaməsinə zidd olmasına baxmayaraq, NATO-nun müdaxiləsinin “lehinə” səs vermişdilər. Partiya qurultayında da Almaniyanın müharibəyə qatılacağı təsdiqləndikdən sonra, 1945-ci ildən sonra ilk dəfə Almaniya ordusu bir müharibəyə qatıldı və alman təyyarələri NATO-nun donanmasında bombardmanda iştirak etdi. Yaşıllar bu məsələdə də Almaniya İmperializminə, alman burjuaziyasına xidmət etməkdən çəkinmədilər və “Faşizm qarşı mübarizə” şüarları isə alman imperializmin böyüməsinə xidmət edən bir demaqogiyaya çevrildi.

Ən qəribəsi isə odur ki, xristian demokratlardan olan Yurgen Ruttgers Almaniya qırıcılarının Kosova müharibəsinə qatılması ilə bağlı bu sözləri demişdi:” Biz iqtidarda olsaydıq və eyni qərarı alsaydıq, bütün ölkə ayağa qalxardı. SPD və “Yaşıllar” ilk dəfə müharibəyə dəstək verirlər və nə həmkarlar ittifaqları, nə kilsələr, nə də başqası heç bir etiraz etmədi”

2001-ci ildəki 11 Sentyabr hadisəsilərindən sonra başladılan Əfqanıstan müharibəsi və 2011-ci ildə “Ərəb bahar”ı silsiləsinin bir qolu olan Liviya müharibəsində də “Yaşıllar” Almaniya İmperializminin carçısı olmağa davam etdi. “Biz müharibə əleyhdarı bir partiyayıq” sözlərini deyə-deyə Əfqanıstan müharibəsinə 1200 əsgər göndərən “Yaşıllar” öldürülən mülki vətəndaşlara görə yox, Almaniyanın strateji vəziyyətinə görə vicdanlarının narahat olduğunu da dilə gətirməkdən çəkinməyib, çünki Almaniyanın strateji məsələləri onların vicdanlarının bir parçasıymış.

Əvvəlcə “Ərəb baharı”nda, sonrasında “İŞİD”ə qarşı mübarizə pərdəsinin altında gizlənən “Yaşıllar” imperializmin carçılığını etməyə davam edir və bu günün Avropasının üsyanı, inkişafı səsləyən gəncliyini apolitikləşdirməklə məşğuldur.

Dəhşətli olan budur ki, Avropanın qazanı “gülər üzlü” faşistlərin əlləri ilə yenə qarışdırılır və bu günün siyasi gündəmi onların əlindədir. “Yaşıllar”In vəhşi neoliberal siyasətə kosmetik dəyişikliklər tələbində olduğunu görmək üçün politoloq olmağa gərək yoxdur. Yaşıllar bu günlərdə militarizmin, politik geriçiliyin və sərmayeçi ekososialistlərin əsas təmsilçilərindəndir.

Ziya MEHTİ
pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627


loading...

Ən çox oxunanalar