Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyə, Rusiya və İran prezidentlərinin Ankara zirvəsi - İdlib problemi çözüldümü?

Ankarada Çankaya kompleksində Suriya Zirvə görüşü keçirilib

Bu gün Türkiyə, Rusiyaİran dövlət başçılarının Ankarada Çankaya kompleksində Suriya Zirvə görüşü keçirilib.

APA-nın yerli bürosunun xəbərinə görə, Suriya mövzusunda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, 2017-ci ildən bəri keçirilən beşinci ən yüksək Zirvə görüşüdür. Astana formatında keçirilən bu Zirvə görüşünün məqsədi Türkiyənin təhlükəsizliyini təmin etmək və Suriya vətəndaşlarının dinc şəraitdə yaşamalarına imkan yaratmaqdır.

Ərdoğan bildirib ki, indiyədək zirvə toplantısı önəmli işlərə imza atıb və problemin həlli üçün qarşılıqlı razılaşma əldə etməklə bağlı 3 ölkə arasında əməkdaşlığın güclənməsinə ehtiyac var: “Suriyada sülhü bərqərar etmək üçün daha çox məsuliyyət daşımalıyıq. Suriyanın siyasi birliyinin və ərazi bütövlüyünün qorunması, ərazidə sülhün qorunması və münaqişənin daimi siyasi həlli ilə bağlı tam razılığımız var. Astana platforması Suriyadakı təhlükəni aradan qaldıracaq yeganə təşəbbüsdür. İnanıram ki, Ankara Zirvəsi Astana platformasını daha da qüvvətləndirəcək. Ölkəmiz ən çətin dövrlərdə Suriya xalqının yanında olub və yenə də olacaq”.

İran Prezidenti Həsən Ruhani deyib ki, İran, Rusiya və Türkiyə olaraq 3 ölkənin ən əhəmiyyətli gündəmi Suriya böhranının sülh yolu ilə həll edilməsidir: “Qaçqınların torpaqlarına geri dönməsi, humanitar dəstəklərin artırılması və Suriyanın yenidən bərpası istiqamətində təşəbbüsləri qiymətləndiririk. Suriya böhranı yalnız siyasi yolla həll edilməlidir. ABŞ verdiyi sözə əməl etməli və qoşunlarını geri çəkməlidir”.

Rusiya Prezidenti Vladimir Putin də Astana platformasının Suriya probleminin həllində ən önəmli sənəd olduğunu deyib. Görüşün əhəmiyyətindən bəhs edən Vladimir Putin qeyd edib ki, hər 3 ölkənin birgə səyləri nəticəsində Suriya əraisində sabitliyə cəhdlər olur və bölgədə zorakılıq səviyyəsi aşağı enib: “Suriyada sülh şəraiti yaratmaq böyük əhəmiyyət kəsb edir. İnanıram ki, razılaşmamız daimi bir həll yoluna töhfə verəcək”.

Qeyd edək ki, üçtərəfli görüşdən əvvəl məsələ ilə bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla İran Prezidenti Həsən Ruhaninin ikitərəfli və liderlərin heyətlərlə birgə görüşü keçirilib.

Ankaraya gözləndiyi vaxtdan 45 dəqiqə gec gələn Rusiya prezidenti Vladimir Putinlə də Rəcəb Tayyib Ərdoğanın təkbətək və heyətlərarası görüşü olub.

Eləcə də Rusiyaİran dövlət başçıları təkbətək və heyətləri ilə bir araya gəliblər.

Zirvə toplantısından öncə ölkə başçıları birgə ailə fotosu çəkdiriblər.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Ən çox oxunanalar