Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Neft 40 dollara düşərsə, Azərbaycan iqtisadiyyatı nə qədər geriləyə bilər?

Azərbaycanın gələn il üçün büdcəsində neftin qiyməti 55 dollar nəzərdə tutulub...

Vahid Əhmədov: “German Qrefin neftlə bağlı proqnozunda müəyyən həqiqətlər var. Çünki neftin qiymətini aşağı salmaq istəyən dövlətlər çoxdur”.

Rəşad Həsənov: “Bu kifayət qədər ciddi iddiadır. Əgər bu baş verərsə, Azərbaycan iqtisadiyyatında vəziyyət kifayət qədər pisləşə bilər”.

Rusiyanın nüfuzlu iqtisadçısı, Rusiyanın aparıcı “Sberbank” bankın rəhbəri German Qref neftin indiki 60 dollardan 40 dollara qədər ucuzlaşacağına dair proqnoz verib. German Qref deyib ki, neftin ucuzlaşması nəticəsində Rusiya büdcəsi yenidən kəsirə keçəcək, hökumət valyuta ehtiyatlarını sürətlə xərcləyib tükədəcək, ölkənin inkişafına dair gələcək planlarla hesablaşmayacaq.

Rusiya hələlik belə risklərə hazır deyil, lakin ona hazırlaşmaq lazımdır. Əgər biz dünənki böhrana hazır olmarıqsa o zaman sabahkını da əldən buraxarıq”, deyə iqtisadçı xəbərdarlıq edib.

Qref xatırladıb ki, Rusiyanın gəlirlərinin yarıdan çoxu xammal ehtiyatlarının hesabınadır.

Xatırladaq ki, hazırda dünya birjalarında neftin bir barrelinin qiyməti 60 dollardan bir qədər yuxarıdır. Lakin analitiklər gələn həftənin əvvəlindən qiymətin aşağı enə biləcəyini təxmin edirlər. Çünki bazarda təklif artır, tələbat isə ABŞ-Çin ticarət müharibəsinin təsiri ilə azalır.

Azərbaycanda isə 2020-ci il üçün icmal və dövlət büdcəsində neftin bir barelinin qiyməti müəyyənləşib. Maliyyə Nazirliyindən verilən məlumata görə, 2020-ci il üçün icmal və dövlət büdcəsinin gəlirləri hesablanarkən neftin bir barelinin qiyməti 55 ABŞ dollarına bərabər götürülüb.

Bütövlükdə, ortamüddətli dövr üçün də icmal və dövlət büdcəsinin layihələri hazırlanarkən həmin qiymətin əsas götürülməsi planlaşdırılır.

Neftin 40 dollara satıldığı halda Azərbaycan iqtisadiyyatı nə qədər geriləyə bilər və neftin qiyməti 40 dollarla hesablanan Azərbaycan büdcəsi indikindən nə qədər fərqlənər?

Mövu ilə bağlı PİA.az-ın əməkdaşı Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vahid Əhmədova və iqtisadçı-ekspert Rəşad Həsənova müraciət edib.

Vahid Əhmədov: “2020-ci ildə orta hesabla neftin qiyməti 50 dollar səviyyəsində olacaq”.

Son vaxtlar Səudiyyə Ərbistanında baş verə hadisələrlə bağlı neftin qiymətinin kəskin artdığını xatırladan millt vəkili PİA.az-a açıqlamasında bildirib ki, neftin qiymətində bu artım müvəqqəti haldır:

“German Qrefin neftlə bağlı proqnozunda müəyyən həqiqətlər var. Çünki neftin qiymətini aşağı salmaq istəyən dövlətlər çoxdur. Xüsusən də ABŞ neftin qiymətinin aşağı düşməsində maraqlıdır. Amma son vaxtlar Səudiyyə Ərbistanında baş verə hadisələrlə bağlı neftin qiyməti kəskin artıb.

Hesab edirəm ki, neftin qiymətində bu artım müvəqqəti haldır. Yəni texniki nasazlıqlar aradan qaldırılan kimi neftin qiymətindəki kəskin artım tempi aşağı düşəcək.

Bildiyimi kimi Azərbaycan büdcəsində gələn il üçün neftin qiyməti 55 dollar nəzərdə tutulub. Düşünürəm ki, neftin qiyməti 50 dollardan aşağı düşməyəcək. Yəni 2020-ci ildə orta hesabla neftin qiyməti 50 dollar səviyyəsində olacaq”.

Rəşad Həsənov: “Manatın sabit məzənnəsini qoruyub-saxlamaq mümkün olmaya bilər və devalvasiya riski yarana bilər”.

Neftin qiymətinin azalması ilk növbədə xarici ticarət saldosunun azalmasına gətirib çıxaracağını proqnoz edən iqtisadçı-ekspert əlavə edib ki, hazırkı artım tempini nəzərə alsaq bu davam edərsə, ixracda mənfi saldo formalaşa bilər. Bu da paralel olaraq tədiyyə balansında neqativ dinamikaya gətirib çıxaracaq və defistin formalaşmasına səbəb ola bilər:

“Bu kifayət qədər ciddi iddiadır. Əgər bu baş verərsə, Azərbaycan iqtisadiyyatında vəziyyət kifayət qədər pisləşə bilər. Çünki bu günlərdə Maliyyə Nazirliyinin dövlət büdcəsi haqqında ilk bəyanatı açıqlandı. Açıqlanan bəyanatda məlum olur ki, neftin qiyməti 55 dollardan götürülüb.

Azərbaycanda hələ də büdcə gəlirlərinin formalaşmasında neftin payı 2020-ci ildə 57 faiz proqnolaşdırılıb. Neft və qaz məhsullarının ixracı isə 90 faizin üstündədir və eyni zamanda iqtisadiyyatda da bu sahənin 35 faizdən çox payı var.

Neftin qiymətinin azalması ilk növbədə xarici ticarət saldosunun azalmasına gətirib çıxaracaq. Hazırkı artım tempini nəzərə alsaq bu davam edərsə, ixracda mənfi saldo formalaşa bilər. Bu da paralel olaraq tədiyyə balansında neqativ dinamikaya gətirib çıxaracaq və defistin formalaşmasına səbəb ola bilər.

Rəşad Həsənov: “Devalvasiya dolayısı ilə idxal infilyasiyasını sərtləşdirə bilər. Bu da Azərbaycan iqtisadiyyatında çox ciddi fəsadlara gətirib çıxara bilər”.

Beləliklə də manatın məzənnəsi üçün böyük risklər formalaşacaq. Mərkəzi Bank manatın məzənnəsini 2020-ci il üçün 1 ABŞ dollarına qarşı 1.7 səviyyəsində formalaşdırıb. Bu sabit məzənnəni qoruyub-saxlamaq mümkün olmaya bilər və devalvasiya riski yarana bilər. Devalvasiya isə dolayısı ilə idxal infilyasiyasını sərtləşdirə bilər. Bu da Azərbaycan iqtisadiyyatında çox ciddi fəsadlara gətirib çıxara bilər.

Qeyd edilən 40 ABŞ dolları dəyərində bir baryer üçün proqnoz Azərbaycan iqtisadiyyatına kifayət qədər neqativ ssenaridir”.

Nərminə UMUDLU
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar