Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"2020-2021-ci illərə qədər Suriyada siyasi atmosferin dəyişməsini arzu edirik"-Ruhani

Ankarada Zirvə toplantısında Suriyanın Konstitusiyasının yenilənməsi müzakirə olunub

Suriyanın Konstitusiyasında islahatların aparılması önəmli məsələdir. Bu məsələni çox müzakirə etdik. 2020-2021-ci illərə qədər Suriyada siyasi atmosferin dəyişməsini arzu edirik”.

APA-nın yerli bürosunun xəbərinə görə, İran prezidenti Həsən Ruhani bu gün Ankarada Suriya mövzusunda keçirilən Zirvə görüşündən sonrakı mətbuat konfransında Konstitusiya Komissiyasının nə zaman yaradılacağı haqqında sualı cavablandırarkən bu fikirləri bildirib.

Vladimir Putin isə müddətlə bağlı konkret fikir deməsə də Konstitusiya Komissiyasının tərkibinə Rəcəb Tayyib Ərdoğanın təklifi ilə yeni bir ismin daxil olmasını müzakirə etdiklərini və siyahının təsdiqləndiyini vurğulayıb.

Rəcəb Tayyib Ərdoğan da tarixlə bağlı rəqəm açıqlamayıb, mövzu ilə əlaqədar BMT-nin Suriya üzrə xüsusi təmsilçisi Geir Otto Pedersenin fəaliyyətini təqdir edərək Cenevrə prosesinin bu işin başlanğıcı olacağını deyib.

Qeyd edək ki, 2018-ci ilin yanvarında Suriyanın ərazi bütövlüyünə dair Soçidə keçirilən Zirvə toplantısında Əsəd rejimi təmsilçiləri, tərəfsiz və müxalif qüvvələr daxil 150 nəfərdən ibarət Konstitusiya Komissiyasının yaradılması haqqında qərar verilib.

Onu da qeyd edək ki, Həsən Ruhani Suriya mövzusunda növbəti zirvənin İranda keçiriləcəyini bəyan edib.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Şoyqu həbs edilən müavinini vəzifəsindən uzaqlaşdırıb

Ən çox oxunanalar