Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

27 yaşlı gənc 3 nəfərlə birləşib bacısının baldızını oğurladı - Mingəçevirdə

Mingəçevirdə 32 yaşlı qızı oğurlayıblar...

PİA.az unikal.org-a istinadən xəbər verir ki, 13.09.2019-cu il tarixində Əhmədov Akif Şahmar oğlu DİN-in 102 xidmətinə zəng edərək bildirib ki, qızı Lalə Əhmədovanı gəlinlərinin qardaşı, onun qohumları və tanışları qaçırıb. Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşlarının apardıqları araşdırma zamanı məlum olub ki, qeyd olunan tarixdə, saat 10 radələrində 1987-ci il təvəllüdlü L.Əhmədovanı Tərəvəzçilik Savxozunda yerləşən evlərindən gəlinləri Çinarə Əhmədovanın qardaşı, 1992-ci il təvəllüdlü Hüseynov İlkin Ədalət oğlu, onun xalası oğlu 1982-ci il təvəllüdlü Əliyev Xəlil İbrahim oğlu, habelə Emin və Ramal adlı şəxslər zor tətbiq edərək oğurlayıb.

Sonra onu Mingəçevir şəhərində yerləşən "Su anbarı"nın yanına apararaq, orada Xəlil Əliyeva məxsus "Toyoto Prado" markalı avtomobildə saxlayıblar. Bir gün sonra polis əməkdaşları onlarla əlaqə yaradaraq, Lalə Əhmədovanı təhvil verməli olduqlarını dedikdən sonra onu polis şöbəsinə təhvil veriblər.

Hadisə ilə bağlı Mingəçevir ŞPŞ tərəfindən Azərbaycan Respublikası CM-nin 144.2.3-cü (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə; ) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Cinayət işi üzrə Lalə Əhmədova zərərçəkmiş şəxs kimi tanınaraq dindirilib, məhkəmə tibbi ekspertizası təyin edilib.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar