Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Səudiyyə-İran münaqişəsinin gəlir-çıxarı hesablanır

“Dronların hücumu həm Rusiyaya, həm də ABŞ-a qazanc gətirir”...

İvan Preobrajenski

rosbalt.ru, 16.09.2019

Çağdaş dünyada uğurlu hücumlar “ucuz və acıqlı” baş verir. Sentyabrın 14-ə keçən gecə Səudiyyə Ərəbistanının iki böyük neft emalı zavodu qəfil hücuma məruz qalıb. Yəmənin qiyamçı husilərinin (marksçı düşüncəli hərəkatın) sonradan bildirdikləri kimi, NEZ-ə partladıcı daşıyan on pilotsuz uçuş aparatı (dronlar) vasitəsilə onların döyüşçüləri hücum ediblər.

Hücum buna gətirib ki, RusiyaABŞ-la yanaşı dünya bazarlarına üç ən böyük neft tədarükçüsündən biri olan bu ölkədə neft hasilatı ikiqat azalıb. Bundan başqa, ölkənin şərqində Əbkaik və ər-Riyaddan şərqdə Hurəysə bölgələrində “Saudi Aramco” dövlət neft-qaz şirkətinə məxsus müəssisələrdə yanğınlar başlanıb.

Bundan sonra Səudiyyə Ərəbistanı və ardınca ABŞ da bu hücumun təşkilində hətta əsla husiləri deyil, çoxlarının bu üsyançı hərəkatın baş sponsoru saydığı İran hökumətini ittiham edib. Heç kim bu kontekstdə Rusiyanın adını çəkməyib, amma, yəqin ki, Kremlin Yəməndəki marksçılarla əlaqəsi qalır.

Baş verənlər Rusiya üçün bütünlükdə yaxşı xəbərdir. Birincisi, neft tədarükünə qısamüddətli müqavilələrin qiymətləri artıq bazar ertəsi günü ticarət başlandıqdan sonra yuxarı sıçrayıb. Bunun ardınca avro və Amerika dollarına nisbətdə rublun mübadilə kursu da gözəçarpar dərəcədə yüksəlib. Şəxsən prezident Trampın İrana və onun neft yataqlarına zərbə imkanı haqda dumanlı eyhamları daxil olmaqla Vaşinqton və Tehranın davam etdirdiyi davakar qarşılıqlı bəyanatlar nəzərə alınsa, çox ehtimal ki, dünyanın enerji daşıyıcıları bazarları fırtına qoparmağı davam etdirəcək. Deməli, həm neft qiymətlərinin, həm də rublun kursunun bundan sonrakı artımı təmin olunub.

Və bu, Fars körfəzində inidki kəskinləşmədən Rusiyanın yeganə qazancı deyil. Vladimir Putin neft qiymətlərinin sıçradığı və İran və Amerikanın xarici siyasət ritorikasının yenidən kəskinləşdiyi məhz 16 sentyabrda Ankaraya gəlib və orada yüksək səviyyəli Türkiyə-Rusiya-İran sammitinə qatılıb. Onun mövzusu birinci növbədə Suriyanın nəzərdə tutulduğu “Yaxın Şərqdə münaqişələrin həlli üçün daimi sabit mexanizm qurmaq” idi. Bununla yanaşı, bir yerə yığılan üç lider xeyli dərəcədə yalnız situativ müttəfiqdir. Türkiyə və Rusiya indi İdlibdə praktik olaraq düşməndirlər. Moskvanın Suriya mövzusu üzrə İran hökuməti ilə də getdikcə daha çox ziddiyyətləri yığılır.

Və burada da sözsüz uğur var. ABŞ-la münasibətlərdə gərginliyin kəskin çoxaldığı şəraitdə şübhə etməmək olar ki, iranlılar Suriyada iştirak və nüfuz məsələsi üzrə daha üzüyola olarlar. Başlıcası – belə əlverişsiz məqamda Moskva ilə dalaşmamaq və hərbi münaqişə halında onun özünü müttəfiq kimi olmasa da, heç olmasa, neytral tərəf kimi aparacağına əmin olmaqdır.

Nəticədə husiləri bu təxribata gerçəkdən kimin itələdiyi aydın deyil, amma bütün “zərbələr” İrana sarı uçur, şirin qoğallar isə Rusiyaya qalır. Tehran indi ABŞ-a xəbərdarlıq etməyə məcburdur ki, Amerikanın bir çox bazası və aviadaşıyıcıları İran raketlərinin çatdığı zonada yerləşir – onlar İslam Respublikasının ərazisindən iki min kilometr radiusda yerləşirsə, onda onlara zərbə vurula bilər.

İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) hava-kosmik güclərinin komandanı, general Əmirəli Hacızadənin savaşın heç kim gərək olmadığı haqda belə bir bəyanat verərək azğndan söz qaçırdığı faktı heç kimi aldatmamalıdır. Savaş deyilsə də, sadəcə, durumun kəskinləşməyi təkcə Rusiyaya əlverişli deyil.

Məsələn, Səudiyyə Ərəbistanının neft emalı zavodlarındakı problemdən Rusiyadan savayı amerikalılar da udurlar. ABŞ Donald Trampın dönəmində neftin ən böyük ixracatçısı olduqdan sonra Fars körfəzindəki qarışıqlıq üzündən onun gəliri çoxalır.

Belə ki, bu bölgənin yenidən əhatəli hərbi münaqişə həddində olmağından mənfəətdarlar bəs edincədir. Və hətta nə İran hökumətinin, nə də Trampın özünün bunu indi başlamaq istəmədiyini fərz etsək də, hər şey onlardan asılı deyil. ABŞ-ın özü deyil, bölgədəki müttəfiqləri – elə həmin Səudiyyə Ərəbistanı – istənilən an oyuna girə bilər. Bu zaman da böyük savaşdan yayınmaq praktik mümkün olmayacaq.(Tərcümə Strateq.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Daha bir kənddə təmtəraqlı yas mərasimləri ilə bağlı qərar

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ən çox oxunanalar