Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan qazını Bolqarıstana nəql edəcək kəmərin tikintisinə başlanılacaq -Oktyabrdan

Bu barədə “SOCAR Balkans” şirkətinin icraçı direktoru məlumat verib

Azərbaycan təbii qazını Bolqarıstana nəql edəcək Yunanıstan-Bolqarıstan İnterkonnektorunun (İnterconnector Greece – Bulgaria; IGB) tikintisində sürətli mərhələ qaz nəqli sazişlərinin imzalanmasından və Avropa tənzimləyici qurumlarının tələbləri yerinə yetirildikdən sonra başlayacaq.

Bu barədə “Report”a bildirən “SOCAR Balkans” şirkətinin icraçı direktoru Murad Heydərov prosedur məsələlərinin oktyabr ayının əvvəlinədək həll olunacağını və bundan sonra, yəni gələn ayın əvvəlindən sözügedən boru kəmərində sürətli tikinti işlərinə başlanacağını diqqətə çatdırıb.

Xatırladaq ki, Xəzərin Azərbaycan sektorundakı "Şahdəniz" qaz-kondensat yatağının istismarının ikinci mərhələsi çərçivəsində hasil olunacaq təbii qazın Bolqarıstana nəqli məqsədilə inşa olunacaq IGB Trans Adriatik Boru Kəmərinə (TAP) birləşdiriləcək. IGB vasitəsilə “Şahdəniz-2” yatağından Bolqarıstana ildə 1 milyard kubmetr təbii qazın tədarükünə dair “Bulqarqaz EAD” dövlət şirkəti “Şahdəniz” konsorsiumu ilə müqavilə imzalayıb. Azərbaycandan idxal hesabına Bolqarıstan qaz ehtiyaclarının 25-30 faizini ödəyəcək. Məcmu investisiya dəyəri 220 milyon avro olan IGB kəmərinin 2020-ci ilin ikinci yarısında hazır olacağı gözlənilir. Ümumi uzunluğu 182 kilometr, o cümlədən Bolqarıstan ərazisində 150 kilometr olan kəmərin nəqletmə gücü 3-5 milyard kubmetr həcmində nəzərdə tutulur.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Şoyqu həbs edilən müavinini vəzifəsindən uzaqlaşdırıb

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar - Yenilənib

Ən çox oxunanalar