Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Boksçularımız dünya çempionatının 1/4 finalına yüksəlib

1/8 final mərhələsinin döyüşləri başa çatıb

Rusiyanın Yekaterinburq şəhərində boks üzrə keçirilən dünya çempionatında 1/8 final mərhələsinin döyüşləri başa çatıb.

APA-nın məlumatına görə, bu mərhələdə rinqə çıxan Azərbaycan millisinin 4 üzvündən ikisi çıxışını qələbə ilə bitirib.

Avropa Oyunlarının qalibi Dominqes Alfonso (81 kq) 1/4 finala gedən yolda avstriyalı Umar Cambekovla üz-üzə gəlib. Qarşılaşma Azərbaycan təmsilçisinin xeyrinə yekunlaşıb. D. Alfonso rəqibini 4:1 (27:30, 30:27, 29:28, 30:27, 30:27) hesabı ilə məğlub edib.

O, 1/4 finalda özbəkistanlı Dilşodbek Ruzmetovla münasibətinə aydınlıq gətirəcək.

D. Alfonsonun uğurunu +91 kq çəki dərəcəsində çıxış edən Məhəmməd Abdullayev də davam etdirib. Misirli Yosri Rezk Mustafa ilə döyüşən boksçumuz 3:2 (29:28, 29:28, 28:29, 27:30, 29:28) hesablı qələbə qazanıb.

O, 1/4 finalda avstraliyalı Justis Huni ilə gücünü yoxlayacaq.

Digər iki boksçumuz Məsud Yusifzadə (52 kq) və Tayfur Əliyev (57 kq) 1/8 final qarşılaşmasında məğlub olublar.

Qeyd edək ki, dünya çempionatında 1/4 final mərhələsinin görüşləri sentyabrın 18-də keçiriləcək. Azərbaycanın hər iki boksçusu rinqə axşam sessiyasında çıxacaq.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar