Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Aramco” hücumunun pərdə arxası - Təxribat Səudiyyəyə, yoxsa İrana qarşı edilir?

Husilər min kilometrlik ərazidə dron uçurda biləcək texnologiyaya hələ sahib deyillər. Amma tutaq ki, bunu bacardılar. Bəs necə oldu ki, 1000 km boyunca uçurtduqları 10 drondan heç birini Amerika bazaları və peykləri görə bilmədi?..

Ergün DİLER
“Takvim” qəzeti, Türkiyə, 17 sentyabr 2019-cu il

Yaxın günlərdə bildirdiyim kimi, Pentaqon İrandan istifadə edərək bölgəni atəşə tutar və yeni sistem qurmaq üçün böyük bir müharibə də çıxara bilər. Bu ehtimal hələ də müzakirə olunur.

Son çıxan xəbərlərdə gördüyümüz kimi, “Aramco” Yəməndəki Husilər tərəfindən dronarla vurulub və sonra da “hücumlarımız davam edəcək” deyə xəbərdarlıq verib. Buna görə də, təbii olaraq neft qiymətləri 20% artdı.

İlk öncə qeyd edim ki, Husilər şiələrdən və İrandan dəstək alır. Amma işin başqa tərəfi də var: Husilərin daxilindəki önəmli bir qola Pentaqon nəzarət edir. Yəməndəki Husilərin ən təsirli şəbəkəsi Ənsarullahdır və o da İrandan dəstək alır. Lakin “Aramco”-nun iki önəmli neft yatağına hücum edən Ənsarullah deyil. Hücumları öz üstünə götürən Yəhya Səri, həqiqətən də, ABŞ-ın düşmənidir? Yoxsa dəqiqliklə dizayn edilmiş bir sistemdə Vaşinqtonun ən önəmli parçasıdır?

Hücuma məruz qalan bölgə “Aramco”-nun Əbqayiq və Qüreyşdəki neft təsisatlarıdır. Yəni Bəsrə körfəzinin sərhəddi və İran ərazisi.

İddialara görə, Husilər 10 ədəd dronu 1000 km uçurub və Əbqayiqdəki təsisatları vurub. ABŞ-ın Səudiyyə Ərəbistanında rəsmi olaraq 5, amma əslində 9 hərbi bazası var. Gizli bazalardan biri də Zəhranda, yəni Dammam və Əl Xubər ətrafındadır. Yəni ki, bu ərazi hücuma məruz qalan təsisatdan 45 dəqiqəlik məsafədədir. Husilər min kilometrlik ərazidə dron uçurda biləcək texnologiyaya hələ sahib deyillər. Amma tutaq ki, bunu bacardılar. Bəs necə oldu ki, 1000 km boyunca uçurtduqları 10 drondan heç birini Amerika bazaları və peykləri görə bilmədi? Yəni dron uçursalar belə, onlar görünməyə bilərmi? Əlbəttə, mümkün deyil.

ABŞ bu hücumla çox önəmli bir plana start verib. Neft qiymətlərinin 19,50% artması Çinə təzyiq göstərmək üçün əla bir həmlədir. Çin indi istehsal etdiyi hər bir məhsul üçün 20% itki verəcək. Həmçinin, bu hücum köhnə, mənasız bir planın da axırına çıxıb. Bəsrə körfəzindəki Amerika gəmisinə İran tərəfindən hücum edilməsini bir yalan kimi qəbul edən Pentaqon Husilər vasitəsilə İranı günahlandıracaq. ABŞ prezidenti Donald Tramp və Xarici İşlər naziri Mayk Pompeo açıqlamalarında artıq İranı hədəf kimi göstərib.

ABŞ Xarici İşlər naziri Pompeo da o dəqiqə: “Dünyanın enerji qaynağına qarşı dəhşətli bir hücum”, deyə açıqlama verib.

Bu hücum indiki prosesdə çox önəmlidir. Türkiyədə baş tutan Ərdoğan-Putin-Ruhani görüşündən əvvəl bu hadisənin baş verməsi heç də təsadüfi deyil. Çünki Çinin neft qiymətlərindəki artıma görə yaşayacağı problemlər gözlənilən idi. Sözsüz ki, bu hücumun məqsədi bölgəni dirçəltmək istəyən 3 ölkə arasında yeni bir problem yaratmaq idi.

Şahzadə Salmanın hücumdan xəbəri vardı. Hücumla bağlı ortaya çıxan bəzi görüntülər qurmacadır. Əslində, bu, neft istehsalını dayandıracaq qədər böyük bir əməliyyat deyildi. Amma belə göstərilməli idi. Pentaqon da bunu bacardı.

İndi Ərdoğan-Putin-Ruhani görüşündə hansı qərarlar alınsa da, bunlar Avropa Birliyi üçün lazımsız hesab ediləcək. Çünki Ruhani, yəni İran neft qiymətlərini 20% artıran bir hücumun içində imiş kimi göstərildi. Yəni artan qiymətlər Çin kimi, Avropanı da vururdu.

Yəməndə sabiq prezident Əli Abdullah Salehin başlatdığı cərəyan İranın əleyhinədir. Bu durum Husilərin daxilində böyük problemlər yaradıb. Çünki əvvəldən razılaşdıqları bir çox məsələlər vardı. İran da bunu başa düşür.

ABŞ isə BƏƏ və Səudiyyə Ərəbistanının arasındakı problem vasitəsilə öz sahəsini genişləndirib. İran bu məsələdə atdığı bütün addımların niyə uğursuz olduğunu başa düşməsə də, böyük oyunun çox önəmli hissəsində məğlub oldu. İran bu neft qiymətlərinin artımından qazanc əldə etməli olduğu halda, ağır embarqolar ucbatından ağır zərbə aldı.

Rusiya bu məsələdəki ən qazanclı ölkədir. Neft qiymətlərinin artması Çinə nə qədər zərbə vurdusa, Rusiyanı da bir o qədər gücləndirib. Fikir verirsinizsə, bu hücumlara və neft qiymətlərinin artımına Rusiya heç bir reaksiya vermir. Kremlin sözçücü Peşkov təkcə: “Bu hücumlar enerji birjalarına xeyli təsir edəcək”, deyib.

İbtidai sinif şagirdinin belə başa düşəcəyi bu açıqlamanı vermək üçün Kremlində olmaq lazım deyil. Çünki Rusiya bu durumdan məmnundur. Ona görə səsi çıxmır.

Rusiyadakı bazarlar “Aramco” hücumuna görə dəyər qazanıb. Bir çox rus şirkəti bir gecədə 10 dəfə böyüyüb. Vaşinqtonla Moskva hər nə qədər qarşı-qarşıya gəlsələr də, son təhlildə həmişə bir-birlərinin maraqlarını qoruyurlar. Rusiyanı hədəf alan Pentaqon “Aramco” hücumu ilə bir gecədə Rusiyaya 100 milyard dollarlıq hədiyyə verdi. Onlar heç Soyuq Müharibə dövründə də düşmün deyildilər. Onda indi baş verən hadisələr real ola bilərmi? Yaxşı analiz etmək lazımdır.

Amerika mediası “Aramco” hücumundan əvvəl maraqlı bir iddia irəli sürmüşdü. Mənbə də Pentaqon idi. Hətta “Kremlindəki Amerika casusu geri çəkildi”, başlığı ilə manşetlər verildi. Görəsən, “Aramco” hücumundan əvvəl, ABŞ-la Rusiyanın üzə-üzə gətirilib, düşmən kimi göstərilməli idi? Ortada həqiqətən bir casus olub olmadığını bilmirəm, amma, görünür, iki böyük dava çıxdığını göstərmək lazım idi. Vaşinqton və Moskva dava edir, bir-birini əzir, amma ikisi də qalib gəlirdi. Çox qəribə mənzərədir.

Keçən ay neft istehsalını artırmağı planlayan Rusiya, görəsən, niyə bunu həyata keçirmədi? Tələblərin artmasına baxmayaraq, verdiyi sözə əməl etmədi. Çünki o da Salman kimi hücumun bir şoudan ibarət olduğunu bilirdi və bunu gözləyirdi. Hədəfdə İran var. Rusiya hər nə qədər İranla yaxın kimi görünsə də ona embarqo tətbiq edilməsindən razıdır. ABŞ-la Türkiyənin Suriya məsələsinə görə üz-üzə gəlməsinə də sevinir. Ümumiyyətlə, Suriyadakı xaosun bitməsini istəməyən iki ölkə var: RusiyaABŞ. Buna gör də, hər kəs başa düşməlidir ki, bölgədəki xaoun bitməsi mümkün deyil. Onlar istəmədikcə bitə bilməz. Əgər istəsələr, bölgəyə bircə ayda bahar gələr. Amma heç vaxt istəməzlər.

ABŞ və Türkiyə Suriya üçün təxminən 200 dəfə görüşüb. Lakin əldə heç nə yoxdur. Türkiyə ilə Rusiya Suriya məsələsinə görə təxminən 300 dəfə görüşüb. Yenə ortada bir nəticə yoxdur.

Bəs ABŞ Rusiya ilə Suriya üçün neçə dəfə görüşüb? Cəmi 3 dəfə… Ona görə də, Suriyanın, daha doğrusu bölgənin növbəti 10 ili də qaranlıqdadır.

Guya Husilər “Aramco”-ya hücum edib, eləmi? Gülməlidir. Bu sadəcə bölgədəki xaosu artırmaq üçün yeni bir addım idi.

Təhlükə böyükdür. Türkiyənin qarşısında iki böyük qüvvə var və onlar dava eləsələr belə, yenidən barışırlar. Amma Türkiyəyə qarşı qətiyyən belə deyillər. Buna görə də, Türkiyənin daxilində mütləq birlik olmalıdır. Çünki bölgə çox böyük bir problemin içindədir və bu problem Türkiyədən də yan keçməyəcək.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar