Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ İrana zərbə endirməyi təklif edib

ABŞ Prezidenti Donald Tramp administrasiyası, Səudiyyə Ərəbistanının “Saudi Aramco” neft emalı zavodlarına edilən hücuma cavab olaraq İranın neft obyektlərinə və ya İslam İnqilabı Keşikçiləri Korpusunun (IRIS) obyektlərinə kiberhücum etməyi, yaxud zərbə endirməyi nəzərdən keçirir...

Bu barədə müzakirədən xəbərdar olan mənbələrə istinadən “NBC News” məlumat yayıb.

Bildirilir ki, ABŞ-ın hərbi məmurları sentyabrın 16-da milli təhlükəsizlik mövzusunda keçirilən görüşdə Trampa İrandan qisas almaq üçün müxtəlif variantlar təklif ediblər. Ancaq mənbələrə görə, ABŞ prezidenti ölkəni İranla hərbi qarşıdurmaya sürükləmək istəmədiyi üçün başqa təkliflər tələb edib.

“NBC News”nin həmsöhbətlərindən biri, zərbəni neft obyektləri hücuma məruz qalan Səudiyyə Ərəbistanı özü endirə bilər, Vaşinqton isə müttəfiqinə kəşfiyyat işində kömək edəcər, lakin birbaşa olaraq döyüşlərdə iştirak etməyəcək.

Bundan əvvəl, Səudiyyənin neft obyektlərinə hücumu şərh edən Tramp, ABŞ-ın İranla müharibədən qaçmaq istədiklərini söyləyib.

Sentyabrın 14-nə keçən gecə Səudiyyə Ərəbistanının milli neft şirkəti olan “Saudi Aramco”nun müəssisələri pilotsuz uçan aparatların hücumuna məruz qalıb. Hücum, xüsusilə, ölkənin şərqində yerləşən dünyanın ən böyük neft emalı kompleksinə edilib. Bu, Səudiyyə Ərəbistanında neft hasilatının yarıya – gündə 5.7 milyon barel azalmasına səbəb olub.

Hücuma görə məsuliyyəti Yəmənin üsyançı husiləri öz üzərilərinə götürsələr də, ABŞ husilərin iştirakını şübhə altına alıb və baş verənlərə görə İran hakimiyyətini ittiham edib. Tehran isə bu iddiaları rədd edir. (Report)

pia.az


Etiket: ABŞ İran zərbə


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Şoyqu həbs edilən müavinini vəzifəsindən uzaqlaşdırıb

Ən çox oxunanalar