Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Polis generalı ilə Paşinyan arasında sərt mübahisə -  “Bacarmırsan işdən çıx...”

Ermənistan polisinin rəisi, general-mayor Valeri Osipyan baş nazir Nikol Paşinyanla Təhlükəsizlik Şurasının iclasında sərt mübahisə edib və istefa ərizəsi yazıb...

Bu haqda erməni KİV-ləri yazır.

Məlumata görə Təhlükəsizlik Şurasının iclasında bir sıra daxili məsələlər, o cümlədən Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanetsyanın istefası və Amulsaran qızıl yatağına gedən yolun ətraf mühit fəalları tərəfindən blokadaya alınması müzakirə olunub.

Paşinyan qızıl yatağına gedən yolun açılmasını tapşırıb. Lakin Osipyan deyib ki, yolun açılmasına dair əməliyyatın hamar keçəcəyinə inanmır və fəallara qarşı güc tətbiq edilsə müəyyən nəticələr doğuracaq.

Bu cavab Paşinyanı qəzəbləndirib. Deyib ki, əgər Osipyan yolu açmağa qadir deyilsə kənara çəkilsin, onun əvəzindən yolun açılması əməliyyatını polis qoşunlarının komandanı, general Vaqe Kazaryan həyata keçirəcək. Hansı ki, Kazaryanın Milli Təhlükəsizlk Xidmətinin direktoru vəzifəsinə namizədliyi nəzərdən keçirilir.

Gərgin tonda gedən söhbət onunla nəticələnib ki, Polis rəisi istefa ərizəsi yazıb və Paşinyana təqdim edib. Osipyanın istefasının bu gün açıqlanacağı gözlənilir.(Virtualaz.org)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən çox oxunanalar