Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Satışına icazə verilən 2-3 manatlıq sosiska və kolbasalar – AQTA “leş mafiya”sı ilə əlbir çalışır?..

Paytaxt marketlərində dəyəri 2-3 manat olan sosiskalar və kolbaslar nə qədər ziyanlıdır?..

Azad İstehlakçılar Birliyinin sədri: “Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi bu cür malların satışına icazə verib. Bu da insanları öldürmək, zəhləmək anlamına gəlib çıxır”.

“Çox təəssüf ki, 2-3 manat olan sosiskalar və kolbasların tərkibində nələr var, Qida Təhlükəsizliyi Agentliyi bunu bilmir. Sadəcə olaraq Qida Təhlükəsizliyi Agentliyi həmin məhsulların təhülkəsizliyini təmin edən bir sertifikat verir”.

Bu sözləri Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov marketlərdə 2-3 manat olan sosiskalar və kolbasların satışına Qida Təhlükəsizliyi Agentliyi trəfindən icazə verilməsini PİA.az-a şərh edərkən qeyd edib.

Bir neçə gündür Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti tərəfindən reydlər keçirilir və istifadəyə yararsız tonlarla ət aşkarlanır.

Əsasən rayonlardan gətirilən və mənşəyi məlum olmayan, qida üçün keyfiyyəti və yararlığı şübhə doğuran, haradan alınması və sağlamlığı barədə baytarlıq arayışı olmayan ətlər nazirlik əməkdaşları tərəfindən məhv edilir. Məlumdur ki, ölkə ərazisində “leş şəbəkəsi” mövcuddur və onlar əldə etdikləri ölü heyvanların ətini ölkədə fəaliyyət göstərən əksər kolbasa sexlərinə daşıyırlar. Bu barədə mətbuatda dəfələrlə məlumatlar yer alıb.

Paytaxt küçələrində satılan 2-3 manatlıq kolbasalar da bir daha bunu sübut edir ki, gizli sexlərdə hər gün bu cür məhsulların istehsalı davam edir. Dünən isə “OBA" marketlər şəbəkəsində 1 kiloqramı 2.99 AZN-ə olan sosiskanın reklamı barədə məlumatlar yayılıb. Adətən kiloqramını 8-9 manata aldığımız sosiskalar sırasında belə bir qiymətin görülməsi bəzi alıcıları şirnikləndirsə də, bəzilərində isə sual doğurmaya bilməz.

Məsələ ilə bağlı mətbuata açıqlama verən “OBA” marketlər şəbəkəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin meneceri Elvin Babayev bildirib ki, həmin sosis və kolbasalar barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən verilən qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin dövlət reysterindən çıxarışı da var:

“Həmin sosiskanın daimi qiyməti 3.69 AZN-dir. Sadəcə olaraq, endirimlə əlaqədar məhsulun qiymətini maya dəyərindən də aşağı salırıq. Bu tipli endirimlər yalnız "OBA"-da deyil, bütün marketlərdə tətbiq edilir. "Tək dad" sosiskaları Azərbaycanda istehsal olunur. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən verilən qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin dövlət reysterindən çıxarışı da var. 08.01.2019 tarixli çıxarışın qeydiyyat nömrəsi 190 108 00 16-dır”, deyə “OBA” marketlər şəbəkəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin meneceri bildirib.

Ölkə əhalisinin qida təhlükəsizliyinin birbaşa qarantı olan AQTA-nın bu qədər ucuz və keyfiyyətsiz qidanın satışına icazə verməsini PİA.az-ın əməkdaşı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovla müzakirə edib.

Eyyub Hüseynov: “Həmin mallar heyvanların beynindən, daş ətindən, dilindən, toyuğun dərisindən, iç yağından və s. hazırlanır. Buna görə də ucuz başa gəlir”.

Qida Təhlükəsizliyi Agentliyi sertifikat veribsə, həmin malların təhlükəsiz olduğunu bidlirən Azad İstehlakçılar Birliyinin sədri PİA.az-a açıqlamasında əlavə edib ki, həmin məhsullar insana nə qədər xeyirlidir bunu demək artıq çətindir. Məhsulları gərək ekspert araşdırıb insana xeyiri barədə rəy desin:

“Biz Azad İstehlakçılar Birliyi olaraq əhalinin ucuz lakin keyfiyyətli mal almasının tərəfdarıyıq. Yəni bi çalışırıq ki, istehlakçı ucuz və keyfiyyətli mal alsın. Lakin marketlərdə 2-3 manat olan sosiskalar və kolbasların satışa çıxarılması yaxşı hal deyil. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi də bu cür malların satışına icazə verib. Bu da insanları öldürmək, zəhləmək anlamına gəlib çıxır.

Çox təəssüf ki, 2-3 manat olan sosiskalar və kolbasların tərkibində nələr var, Qida Təhlükəsizliyi Agentliyi bilmir. Sadəcə olaraq Qida Təhlükəsizliyi Agentliyi həmin məhsulların təhülkəsizliyini təmin edən bir sertifikat verir. Amma onu da qeyd edim ki, Qida Təhlükəsizliyi Agentliyi sertifikat veribsə, demək ki, həmin mallar təhlükəsizdir. Lakin insana nə qədər xeyirlidir bunu demək artıq çətindir. Həmin məhsulları gərək ekspert araşdırıb insana xeyiri barədə rəy desin.

Əlbəttə ki, həmin mallar heyvanların beynindən, daş ətindən, dilindən, toyuğun dərisindən, iç yağından və s. hazırlanır. Buna görə də ucuz başa gəlir. Lakin bu da istisna olmur ki, biznes-qurum özünün istehsal etdiyi malı istənilən qiymətə sata bilər. Yəni biznes-qrumun özünün iqtisadi siyasəti elə ola bilər ki, vəsaiti başqa sahəyə yönəltmək üçün mallarını maya dəyərindən ucuza sata bilər”.

Nərminə UMUDLU
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

Ən çox oxunanalar