Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

DYP “on” seriyalı nömrələri verməyə başlayıb, yoxsa?..

Tanınmış vəkildən maraqlı paylaşım...

“Maraqlıdır, dövlət nömrəsi hələ dövlət yol polisində qeydiyyatdan keçməmiş bu retro avtomobilin xoşbəxt sahibi kimdir?”

“AzPolitika.info”-nun məlumatına görə, bunu tanınmış vəkil Kamandar Nəsibov retro avtomobilin Bakı küçələrində evakuatorun üstündə çəkilmiş fotosunu sosial şəbəkədə paylaşaraq yazıb.

Vəkil daha sonra qeyd edib ki, Bakıda Bayıl istiqamətinə aparılarkən fotosunu çəkdiyi 99 10 999 dövlət nömrə nişanlı bu avtomobil yol polisində ona görə qeydiyyatda ola bilməz ki, avtomobillərə “ON” seriyalı nömrələrin verilməsinə hələ başlanmayıb.

Fotolardan göründüyü kimi, yəqin elə bu səbəbdəndir ki, avtomobilin arxa və görünən nömrəsinin üstünü bağlayıblar. K.Nəsibov qeyd edib ki, maraq onlara güc gəlib və avtomobilin ön tərəfinə boylanaraq, üstü açıq nömrənin fotosunu çəkiblər.

Maraqlıdır, DYP “ON” seriyası ilə nömrələrin verilməsinə başlayıb, ya bu avtomobilin sahibinə “xüsusi münasibət” göstərilib?…

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar